ALLAHIN «SƏLBİ» SİFƏTLƏRİ
Biz öz əqlimiz və düşüncəmiz həddində Allahın sifətlərini başa düşürük. Lakin Allaha aid edilən bu məfhumların həqiqi və bizim düşüncəmizdən üstün mənalarını qəbul etmək üçün səlbi sifətlərə müraciə edir, ilahi sifətlərlə bağlı düşüncə nöqsanlarını aradan qaldırırıq. Eyni zamanda, “Allah alim, qadir və diridir” – deyib, əlavə edirik ki, Allah-taala vəsfə sığmır və bizim vəsflərimizdən olduqca üstündür. Bu, bizi həqiqətə daha da yaxınlaşdırır.1
Biz inanırıq ki, bu məfhumlar əqlimizin dərk etdiyi mənaların fövqündədir. Bəzilərinin iddi etdikləri kimi, bütün bu ilahi sifətlərin və adların tək halda məcazlar və təmsili istiarələr olduğunu qəbul etmirik. Məsələn, “Həsən bildi” və “Allah bildi” cümlələri arasında heç bir fərq qoymayıb, onların eyni məna daşıdığını düşünürük. Bu məna alimin müəyyən bir şey bilməsindən ibarətdir. Bunu da bilirik ki, Həsənin elm və biliyi yalnız zehn vasitəsilədir. Lakin bunu Allaha münasibətdə təsəvvür etmək qeyri-mümkündür; çünki Allahı zehnlə vəsf etmək olmaz. Əlbəttə, bu xüsusiyyət elmin əyani nümunələrindəndir və məfhumun dəyişilməsinə səbəb olmur. Buna əsasən, məfhum birdir və əyani nümunələrin xüsusiyyətləri məfhuma təsirsizdir. Beləliklə, Allahın sifətlərinin bəyanında ümumi qayda budur ki, onların məfhumlarını səlbi sifətlər vasitəsilə nöqsanlardan uzaq bilək.2
Nəticə: Biz Allahın sifətləri dedikdə insanın sifətlərindən başa düşdüyümüz mənaları nəzərdə tuturuq. Əql insanın malik olduğu sifətləri dərk etdiyi kimi, Allah-taalanın sifətlərini də dərk edir. Lakin insanla Allah arasında dərəcə fərqinə görə Allah-taalanın sifətlərinə şübhə yaranır. Bu şübhə səlbi sifətlərin köməyilə aradan qaldırılır. Buna əsasən, sübuti və səlbi sifətlər vasitəsilə məfhumda heç bir dəyişiklik etmədən, onu həqiqi xarici nümunələrə tətbiq edərək deyirik: “Allah mövcuddur, lakin Onun varlığı məxluqların varlığından fərqlənir; Allahın elmi var. Lakin Onun elmi insanların elmindən fərqlənir; Onun qüdrəti var. Lakin məxluqların qüdrəti kimi deyil; O diridir. Lakin bu dirilik məxluqların diriliyindən fərqlənir...1
***
Dostları ilə paylaş: |