2-İlahi ədalət:
Ədalətin ən düzgün mənası “hər şeyi öz yerində qərar verməkdir.” İlahi ədalətin mənası belədir: “Allah-taala hər bir varlıqla ona layiq şəkildə rəftar edir, onu layiq olduğu məqamda görür, nəyə layiqsə, onu da bəxş edir və bu işdə onların malik olduğu istedad və qabiliyyət nəzərdən qaçırılmır.”2
3-Hikmət və ədalətin əlaqəsi:
“Hikmət” – failin (iş görənin) çirkin işlərdən çəkinməsi mənasını daşıyır. Bu məna ədalətə də şamil olunur. Çünki ədalət yaxşı, zülm və haqsızlıq isə pisdir. Buna əsasən, ədaləti hikmətin bir hissəsi hesab etmək olar.3
Dostları ilə paylaş: |