Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə71/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   67   68   69   70   71   72   73   74   ...   120

ALLAHIN LÜTFÜ VƏ ŞƏR


SUAL 25: Allah-taalanın məxluqlara lütfü (diqqəti) barəsində mütaliələrimdə, bu lütfün qabiliyyət məsələsilə birgə bəyan olunduğunu, səbəb-nəticə (determinizm) qanununun zərurət olaraq, heç bir şəraitdə dəyişdirilməsinin və hissələrinin bir-birindən ayrılmasının qeyri-mümkün olduğunu müşahidə etdim. Bu qanunu qəbul edir və soruşmaq istəyirəm ki:

1-Qabiliyyət məsələsində varlığın nöqsanlarla üzləşməsi obyektiv nizamın məcburi olmasından irəli gəlirmi?

2-Bir şəxs üçün qeyri-ixtiyari amillərin yaratdığı şərait Allah-taalanın ədaləti ilə necə uyğun gəlir? Bir şəxs sabit və dəyişməz səbəb-nəticə qanununa əsasən, bir sıra qabiliyyətsizliklərlə üzləşir. O, buna görə etiraz edə bilərmi?

“İnayət” sözü failin (iş görənin) öz işinə diqqət yetirməsi mənasını bildirir. Belə ki, onun işi xeyirlə, yaxud xeyirin ən gözəl halında tamamlansın. Diqqət yetirmək lazımdır ki, insan barəsində işlədilən “inayət”in məfhumu hədəf və məqsəd baxımından Allah-taalaya aid edilən mənadan tamamilə fərqlənir; yəni insanın öz işlərində «inayət»i−diqqəti malik olmadığı bir sıra mənfəətlərə çatmaq üçündür. Lakin Allah-taala mütləq şəkildə kamil və zatən ehtiyacsız olduğundan, onun öz fellərinə diqqəti zatından üstün bir məqsəd daşımır. Başqa sözlə, Allah-taalanın Öz fellərinə himmət göstərməkdə əsas məqsədi müqəddəs zatı pak zatın məxluqatda təcəllası məxluqlar vasitəsilə müqəddəs zatı tanınması olduğundan, məxluqlar Onun üçün ikinci dərəcəli hədəf təşkil edir.

Deyilənlərə diqqət yetirdikdə, məlum olur ki, Allah-taalanın diqqəti bu mənadadır: O, fail və varlıq aləminin Xaliqi olaraq, məxluqları müqəddəs zatının gözəl şəkildə göstəricisi olduğu üçün ciddi səy göstərərək ən çox xeyir və kamilliyə malik halda yaratmışdır.1

Allahın diqqətinin tələb etdiyi ən mühüm işlərdən biri varlıq aləminin ən gözəl və kamil şəkildə yaranmasıdır. Onun diqqətinə əsasən, elə bir aləm, nizam-intizam xəlq olunmalıdır ki, varlığın kamilləkləri ən yüksək dərəcədə gerçəkləşsin. Yəni müxtəlif aləmlər və onun varlıqları elə yaransın ki, məxluqların əksəriyyəti ən üstün kamilliklərdən bəhrələnsin. Varlıq aləminin bu gözəlliyi və üstünlüyü başqa yollarla da isbat oluna bilər; məsələn, dəlillərdən biri budur: əgər Allah-taala dünyanı ən gözəl nizam-intizamla yaratmasaydı, səbəbi bu ola bilərdi ki, ya (dünyanı ən gözəl və kamil şəkildə yaratmağa) Onun elmi çatmır, ya bunu istəmir, ya onu yaratmağa qadir deyil, ya da onu (kamil şəkildə) yaratmağa paxıllıq etmişdir. Halbuki bu fərziyyələrin heç biri Allah-taala barəsində düzgün deyil. Beləcə varlıq aləminin ən kamil və ən gözəl nizama malik olduğu isbat edilir.1 Qurani-kərimdə də bu məsələyə işarə ilə buyurulur: O, yaratdığı hər şeyi gözəl yaratdı.”2 Başqa bir ayədə belə buyurulur: “(O gün) Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu, hər şeyi möhkəmliklə, yerli-yerində edən Allahın işidir!”3

Allah-taalanın diqqəti, varlıq aləminin ən kamil və ən gözəl şəkildə yaranması barəsindəki araşdırmalara diqqət yetirdikdə, belə bir sual yaranır: dünyada şər işlərin – nöqsanların, naqisliklərin mövcud olması varlıq aləminin ən gözəl və ən kamil şəkildə yaranışına necə uyğun gəlir və bunu Allahın diqqəti ilə necə əlaqələndirmək olar? Başqa sözlə, Allahın lütf və diqqəti varlıq aləminin ən gözəl şəkildə yaranmasını tələb edir. Lakin şərlər, naqisliklər gözəl quruluşla, nəticədə Allahın diqqəti ilə uyğun gəlmir. Bu ziddiyyəti aşağıdakı məsələlərə diqqət yetirməklə aydınlaşdırmaq olar:

1. Bu sualın cavabını Allahın lütf və diqqətini araşdırarkən qeyd etdik; belə ki, Allah-taalanın məxluqları yaratmaqda ciddi səyi və diqqəti onların mütləq, tam xeyir və kamilliyə malik olmaları yox, əksinə daha artıq xeyir və kamilliklə yaranmalarıdır. (Çünki mütləq, tam kamillik və xeyir yalnız Allah-taalanın pak zatına aiddir) Diqqətin tələbinə gəldikdə isə, onun mütləq və tam gözəlliyə yox, məxluqların mümkün qədər gözəlliyə malik olması ilə uyğun gəldiyini bəyan etdik. (Çünki tam gözəllik məxluqlara yox varlıq aləminin Xaliqinə aiddir!)

2. Dünyanın bütün şər işləri, naqislikləri, nöqsanları və pislikləri varlığa yox, yoxluğa aiddir. Buna əsasən, dünyadakı varlıqları iki qismə – yaxşı və pis varlıqlara – bölmək olmaz. Deyə bilmərik ki, yaxşı varlıqları yaradan Allah, nə üçün pis varlıqları da yaratmışdır?”1

3. Dünya xeyir və şər işlərin bir-birilə yanaşı olmasını tələb edir. Xeyir və şəri bir-birindən ayırmaq olmaz. Əgər dünyada həyat və dirilik varsa, deməli onun kənarında ölüm də olmalıdır; əgər sərvət, mal-dövlət varsa, onun kənarında yoxsulluq da olmalıdır; əgər qüdrət varsa, onun kənarında zəiflik də olmalıdır... Bizim yaşadığımız dünya maddi aləmdən, hərəkətdən, dəyişiklikdən, təzad və ziddiyyətdən ibarətdir. Bu xüsusiyyətlər valığın yox, maddi aləmin zatının ayrılmaz hissəsidir. Çünki bu varlıq aləmində (öz məqamında isbat olunduğu kimi) digər aləmlər də mövcuddur. Maddi aləmin qayda-qanunları orada əsla hökm sürmür. Buna, mücərrəd (metafizik) aləmləri misal göstərmək olar.1




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin