Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə72/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   68   69   70   71   72   73   74   75   ...   120
Mövzunun izahı: Obyektiv aləmə hakim səbəb-nəticə qanununa əsasən, varlıq dərəcə nöqteyi-nəzərindən tənəzzülə doğru gedir. Bu tənəzzüldə, hər bir nəticə öz səbəbindən sonra, hər səbəb öz nəticəsindən öndə qərar tutur. Bununla da, varlıq dərəcələri elə bir dərəcəyə çatır ki, varlığı həddən artıq zəif olan yox kimi təsəvvür olunur. Əlbəttə, diqqət yetirmək lazımdır ki, vücudun nöqsanlı olması varlığın bir hissəsi deyil. Əksinə əsl varlıq qeyri-məhdudluq, kamal və mütləqlik tələb edir. Varlıq öz zatında yoxluğu və puçluğu rədd edir. Eyni zamanda (nəticənin bir hissəsi sayılan) özünün tənəzzül dərəcəsində onunla birdir. Başqa sözlə, (səbəb vasitəsilə yaranan və mənbəyi səbəb olan ) hər bir nəticənin tələbi sonrakı dərəcinin daha naqis olmasıdır. Bu nöqsanın özü yoxluğa doğru hərəkət deməkdir. Yenə də həmin dərəcədən naqis dərəcəyə tənəzzül edərək bizim dünyamıza – yəni maddə adlandırdığımız vəziyyətə çatır. Bu dünyanın özünəməxsus dərəcəsinə görə xüsusi qayda-qanuları var: hərəkət, tədricilik, qəbul, təsirlənmək naqislik... bu dünyanın zatının bir hissəsi sayılır. Bu qanunlardan əlavə qanunlar dünyaya məxsus deyil. Onlar başqa bir aləmdə icra olunur və varlığın digər dərəcəsinə malikdir.

Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, yaşadığımız aləm varlıq işığının ən axırıncı dərəcəsi və tənəzzülün son həddidir. O eyni zamanda kamil bir aləmdir. Bu aləmdə varlıq təkamülə və yoxluqları doldurmağa doğru hərəkət edərək öz ilk mərhələsinə və varlığına qayıdır. Qurani-kərimdə buyurulur: “İnna lillahi və inna iləyhi raciun!” (Biz Allah tərəfindən gəlmişik Ona tərəf qayıdacağıq!)1

4. Maddi aləmdə xeyir iş şər işdən olduqca çoxdur. Az olan şər işlərin yaranması üçün çoxlu xeyir işləri tərk etmək hikmətdən uzaqdır.

5. Azlıq təşkil edən bu şərlərin bəşər cəmiyyəti üçün çoxlu faydaları da vardır və onları sayıb qurtarmaq olmaz.2

Birinci və ikinci sualın cavabı isə yuxarıda, eləcə də, aşağıda qeyd olunan məsələlərə diqqət yetirdikdə aydın olacaqdır:


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin