Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHA MÜNASİBƏTDƏ XOŞGÜMANLIQ



Yüklə 1,14 Mb.
səhifə75/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   71   72   73   74   75   76   77   78   ...   120

ALLAHA MÜNASİBƏTDƏ XOŞGÜMANLIQ


SUAL 27: “Müsəlman öz Allahına, hindu öz bütünə, eləcə də hər şəxs öz dininə, ayininə və Allahına üz tutaraq cavab alır. Bu iş insanın əqidəsinin möhkəmlənməsinə səbəb olur. Bütün bu əqidələrdə insanlar müştərəkdir. Belə isə, insanın əqidəsindən üstün bir şey varmı?

ALLAHIN HƏQİQƏT OLMASI


Etiqad və iman barədə söhbət üçün əlavə vaxt və başqa zəmin lazımdır. Bunu demək olar ki, insanın inandığı və etiqad etdiyi şeylər bir istəklərin yerinə yetməsi və təvəssüllərdən faydalanmaq isə başqa bir həqiqətdir.

Bu incəliyə diqqət yetirmək lazımdır: İnsanın etiqadından üstün bir şey mövcud olmadığı halda onun istəkləri yerinə yetə bilərmi? Görəsən, mövcud olmayan bir şey bizim istəklərimizə varlıq libası geyindirə bilərmi?

“Mövcud olan bu həqiqət nədir, din və məzhəblərin hansı biri tam mənada haqdır?” – kimi suallar haqqında söhbət bizim mövzumuzdan kənardır.

Bəs (azacıq belə, torpaq götürməklə) təvəssül, vasitəli istəklər necə yerinə yetirilir və (məsələn) xəstəyə necə şəfa verilir?

Qeyd etmək lazımdır ki, bir sıra rəvayətlərə və qüdsi hədislərə əsasən, Allah-taalanın bəndələrə olan lütf və mərhəmətlərindən biri onların yaxşı güman etmələridir. Hər kəs iki mövzuda – 1-Özünün pak və müqəddəs vücudunda; 2-hər hansı bir iş, yaxud əşya barəsində – yaxşı güman etsə, Allah-taala o gümanı həyata keçirər və insanın ümidini qırmaz. Bəzi rəvayətlərdə bizə həm Allaha, həm də gündəlik məşğul olduğumuz və rast gəldiyimiz digər işlərə münasibətdə xoş güman olmaq göstəriş verilmişdir. Bir rəvayətdə istixarənin insanın əqidəsinə uyğun təsiri göstərilir; yəni əgər insan bir hadisənin çətin olduğunu (və mütləq baş verəcəyini) güman etsə, həmin hadisə və müsibət onun üçün çətin olacaqdır. Əgər hadisəni yüngül hesab etsə, aqibətdə yüngül olar. Əgər hadisəyə etinasızlıqla yanaşsa, ona heç bir təsir göstərməz.1

Həzrət Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Hər kəs sənə qarşı yaxşı gümanda olsa, onun gümanını təsdiq et, sənə qarşı güman etdiyi kimi keçin!”2

Biz başqalarına xoş güman etməklə yanaşı, bu nöqtəyə də diqqət yetirməliyik ki, istəklərimizin qəbulu üçün xoşgümanlıq zəruridir. Rəvayətlərdən belə başa düşülür ki: “Allah-taala (yalnız özünə münasibətdə yox) hər şeyə münasibətdə yaxşı gümanı təsdiq edir və işini yaxşı gümanlara uyğun yerinə yetirir.”2

Başqalarına yaxşı güman sanki Allaha qarşı yaxşı gümanın zahiri nümunəsidir. Güman edən şəxs hindu olaraq Allaha etiqad etməsə belə! Əslində varlıq aləmi öz varlığını Allah-taaladan aldığı üçün hansısa bir şəxsə çatan xeyir Allahdandır. Beləliklə, hər bir yaxşı gümanın nəticəsi Allah haqqında yaxşı gümandır. Yəni Allah-taala bu xeyir və yaxşılığı şəxsə, yaxud şeyə əmanət olaraq əta etmişdir. Bu zaman Allah-taala da həmin gümanı həyata keçirəcəkdir.

Rəvayətdə də bu mənaya işarə ilə buyurulur: “Hər kəs bir daş barəsində xoş güman etsə, (Allah-taala) onda bir sirr qərar verər.” (Ravi təəccüb edərək) “Daşdamı?!” – soruşduqda İmam (ə) buyurdu: “Məgər “həcərül-əsvədi” (qara daşı) görmürsən?”3

Beləliklə, dünya xalqlarının torpağa, daşa, ağaca, şəxsə və başqa bir əşyaya təvəssül etmələrinə səbəb olan etiqadlarında həqiqət var. Lakin bu həqiqət etiqadda yox Allahın onlara lütf və mərhəmətindədir. Səbəblər və amillər onların yaxşı gümanı əsasında hazırlanmışdır.

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin