Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN BİRLİYİNƏ İNANMAğIN ŞƏRTLƏRİ



Yüklə 1,14 Mb.
səhifə79/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   75   76   77   78   79   80   81   82   ...   120

ALLAHIN BİRLİYİNƏ İNANMAğIN ŞƏRTLƏRİ


SUAL 29: Görəsən, dini əsasları (üsulid-dini) qəbulunda, tovhid dərəcələrini də insan özü (təhqiq etməklə) əldə etməlidir, yoxsa tovhid dünyagörüşünü ümumi şəkildə və Quran ayələrindən öyrənməlidir?

İNSANIN YEGANƏ ALLAHA PƏRƏSTİŞİ


Qurani-kərim nöqteyi-nəzərindən insanın yeganə Allaha etiqadı aydın olsun deyə, tovhidi müəyyən həddə qəbul etmək lazımdır. Lakin ondan sonra heç bir şərtə ehtiyac yoxdur; hərçənd ki, onlara da nail olmaq çox yaxşı və bəyəniləndir.

Yeganə Allaha pərəstiş (müvəhhid olmaq) üçün dərk olunması zəruri hədlər aşağıdakılardan ibarətdir:

1-Yalnız Allahın zəruri varlıq olmasına inanmaq.

2-Yalnız Onu xaliq bilmək.

3-İnanmaq ki, dünya öz yaradılışında Allahdan qeyrisinə möhtac deyil və onun təkvini rübubiyyəti – idarə olunması da məhz Ona məxsusdur.

4- Allahdan başqa kimsənin fərman vermək və qanun qoymaq haqqı olmadığına əminlik.

5-Allahdan başqa heç bir kəsin ibadət və pərəstişə layiq olmadığına etiqad bəsləmək.

Əgər insanın vücudunda tovhidin bu beş dərəcəsi (başqa sözlə, vacib olan varlıqda tovhid, xəlq etməkdə tovhid, təkvini rübubiyyətdə tovhid, təşrii rübubiyyətdə tovhid və ibadətdə tovhid dərəcələri) yəqin, etiqad və təsdiq həddində aşkar olunsa, o tovhidin əsasını və Allahın birliyini qəbul etmişdir. Lakin tovhidin kömək istəmək, qorxmaq, ümid və məhəbbət bəsləmək kimi digər dərəcələrini Quran ayələrindən və rəvayətlərdən başa düşüb tovhidə olan imanını artıra bilər. Allahın birliyinə inanmağın (müvəhhid olmağın) əsası isə yuxarıda qeyd etdiyimiz beş şərtdən ibarətdir.1

***



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin