Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə85/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   81   82   83   84   85   86   87   88   ...   120
1-Hüsuli elm: Allahı əql, təfəkkür, düşüncə, dəlil və sübut vasitəsilə tanımaq.

2-Hüzuri elm: Bunun özü də iki hissəyə bölünür:

a) Fitri dərketmə, yaxud fitri olaraq Allahı tanımaq (kəsb olunmayan hüzuri elm) insanın daxilindədir və onun ixtiyar çevrəsindən kənardadır. İnsanların əksəriyyətinin – əxlaq çərçivəsində qərar tutmayan – bu fitri elm və tanışlığa malik olması təkcə bir istedad və səbəbdir ki, insan öz səyi nəticəsində onu istedaddan həqiqət, qeyri-müəyyənlikdən hüzuri dərk mərhəlsinə çatdıra bilər. Qurani-kərim ayələrində də mərifətin bu qisminə işarə edilmişdir. Belə ki, buyurulur:

-------------SƏH.17.

Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tut.”1

Başqa bir ayədə isə belə buyurulur:

-------------------

(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxarıb, onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günündəBiz bundan qafil idik yaAtalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz isə onlardan sonra gələn bir nəsil idik. Məgər bizi (haqq yoldan) azanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür!”1

2-İnsan kəsb olunan hüzuri elmə öz səyi ilə təkamül mərhələlərini keçdikdən sonra, Allahın lütf və mərhəməti sayəsində yiyələnə bilər. Bu mərifət müxtəlif – güclü və zəif – dərəcələrə malikdir. Onun axırıncı dərəcəsi yaradılışın son hədəfi və insanın ən yüksək kamalıdır. Bu hüzuri mərifətə yiyələnmək birinci qisimdə qeyd olunduğu kimi, müstəqil şəkildə insanın ixtiyarından xaric olsa da ona malik olmağın müqəddimələri ixtiyari işlərdən sayılır. Həqiqətdə, Allaha mərifət kamalının insana bəxş edilməsi onun ixtiyari işlərinin bir hissəsinin mükafatıdır. Bu mükafat axirətdə tam və kamil şəkildə ona əta olunacaqdır. Baxmayaraq ki, hüzuri mərifətin digər dərəcələri bu dünyada Allahın bəzi övliyaları üçün hazırlanmışdır. Qurani-kərimdə belə bir mərifət “baxmaq”, “müşahidə etmək” və “nəzər salmaq” kimi ifadələrlə qeyd olunmuşdur:

------------Səh.18.

O gün neçə-neçə üzlər sevinib güləcək, (qəlb gözü ilə) öz Rəbbinə (Rəbbinin camalına) baxacaqdır!”1

------------

Beləcə, İbrahimə göylərin yerin mülkünü, səltənətini göstərdik ki, tam qənaətlə yəqin edənlərdən olsun!”2

Qeyd etdiyimiz hüzuri elm çərçivəsində Allahı tanımaq insanın nəfsini və özünü tanıması ilə mümkün olduğundan sizin irəli sürdüyünüz “İnsanın özünü tanıyıb dərk etməsi nə deməkdir və onu necə əldə etmək olar?” – sualların cavabı müəyyən qədər fərqlənəcək.

Lakin “hüzuri dərk”in birinci qismindəki “özünüdərketmə” insanın öz fitrətinə və xilqətinə mərifəti deməkdir. İnsan “Fitrət nədir? Fitri anlamlar və ideyalar hansılardır? Qurani-kərimdə fitrət necə araşdırılıbdır? Görəsən, bütün insanlar arasında müştərək yönlər tapmaq olarmı? Onların təyin edilməsində və bir-birindən seçilməsində meyar nədir? İnsanlar ilk baxışda bu müştərək yönlərdən eyni şəkildə faydalanırlarmı? Fitri olaraq Allahı tanımaq nə deməkdir? Allah insanın fitrətində və daxilindədirmi? Əgər Allah insanın fitrətindədirsə, nə üçün bəzi insanlar Allahı inkar edir və Ondan üz çevirirlər?...” – suallarını öyrənib-bilmək istəyir.1

Bu mərifətə nail olmaq, başqa sözlə, fitri yolları tanımaq müxtəlif üslublarla müyəssər ola bilər:


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin