“Qəza” sona çatmaq, işi qurtarmaq mənasını daşıyır və bir işin son mərhələsini “qəza” adlandırmaq olar. “Qəza”nın da “təqdir” kimi iki kateqoriyası var: “Elmi qəza” və “eyni qəza”. İşin sona çatmasını və sonuncu mərhələsini bilməyə “elmi qəza”, işin sona çatıb, həqiqətdə gerçəkləşməsinə isə “eyni qəza” deyilir.
Allahınelmiqəzası: Allah-taala varlıqların və fenomenlərin labüd olaraq həyatda gerçəkləşməsini bilir. Onun elmi qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki Allah bilir ki, bir fenomen, yaxud bir fel və iş insanın ixtiyarı ilə labüd olaraq həyata keçəcəkdir. Başqa sözlə, Allahın, insanların öz ixtiyarları ilə yerinə yetirdikləri işləri barəsindəki elmi qəzasının mənası budur ki, O, insanın filan işdə ixtiyar sahibi olması ilə yanaşı, labüd olaraq gerçəkləşəcəyini bilir. Yəni Allah bilir ki, filankəs belə bir işi iradə edəcək, öz ixtiyarı və istəyi ilə onu yerinə yetirəcəkdir.