Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


QUR`ANDA ALLAHI TANIMAq YOLLARI



Yüklə 2,57 Mb.
səhifə2/27
tarix21.10.2017
ölçüsü2,57 Mb.
#7744
1   2   3   4   5   6   7   8   9   ...   27

QUR`ANDA ALLAHI TANIMAq YOLLARI


SUAL 3: Qur`ani-kərimdə insanların Allah-taalanı tanıması məsələsi müqabilində (inkar, şəkk-şübhə, şəhadət yəqin kimi) müxtəlif mövqelər bəyan olunmuşdur. Bu da insanlar arasında (kafirlər, münafiqlər, müsəlmanlar `minlər kimi) müxtəlif qrupların yaranmasına səbəb olur. Bu səbəbdən , mənə tam aydın deyil ki, bu mövqelər əməldə necə aşkar olur?

QUR`ANDA MƏ`RİFƏT


Qur`ani-kərimdə mə`rifət və onun əsasları, – elm və alim, – eləcə də şərtləri, vasitələri, maneələri haqqında geniş şəkildə söz açılmışdır.2

MƏ`RİFƏT VƏ ALLAHA İNAM


İman, mə`rifətlə əlaqəli olduğundan Qur`ani-kərimdə “Allahı tanımaq” məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları tə`yin olunur. Mə`rifətin maneələrinə empirik idrakı,1 kor-korana təqlidləri2 və gümana əsaslanmağı3; Allaha yönəlmə maneələrinə isə ani həvəs və istəkləri,4 insanın öz gələcək rifahı barədə ifrat fikirləşməsini,5 Allah, peyğəmbər və dinlə6 düşmənçiliyi misal göstərmək olar.7

Qur`ani-kərimdə dini məsələlər, xüsusilə tovhid və məad barədə zənn, şəkk-şübhə, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilmişdir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: insanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) “inkar” ifadəsini yalnız kafirlərə, “şəkk” ifadəsini yalnız müşriklərə, yaxud münafiqlərə, “şəhadət” ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.

Misal üçün: “Qafir” surəsinin 81-ci və “Mu`minun” surəsinin 99-cu ayələrində “inkar” sözü kafirlər barəsində işlədilsə də, onlar “İbrahim” surəsinin 10-cu və “Səbə” surəsinin 54-cü ayələrində “şəkk və tərəddüd” ifadələri ilə vəsf olunmuşlar. “Qafir” surəsinin 59-cu və “Tövbə” surəsinin 45-ci ayələrində qeyri-mö`minlərin şəkk-şübhəyə düçar olmaları qeyd olunmuşdur. “Qeyri-mö`minlər” isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. “Münafiqun” surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanmışdır.

Belə ifadələrin açıqlanması, eləcə də kafirlərin, müşriklərin və münafiqlərin müsəlmanlar və mö`minlərin Allaha, məada, dini məsələlərə inamları qarşısında mövqelərinin mə`lum olması üçün Qur`an ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb, “şəkk”, “zənn” və “yəqin”in mə`rifət və Allaha tərəf yönəlməklə əlaqədar tə`rifini və tə`sirlərini araşdırmaqla kifayətlənirik:


1-QUR`ANDA ŞƏKK


Şəkk bir nöqteyi-nəzərdən üç qismə bölünür:

1-Qanuni şəkk: Həqiqət axtarışında hər hansı bir hadisənin, hərəkətin, hökmün predmeti və predikatı arasında əlaqənin tapılmasında tərəddüd, zehni işlətmək. Bu növ şəkk təbiidir və həyəcan dolu ehtimalları aradan qaldırır. Buna əsasən, hadisənin digər tərəfindəki əsaslı və faydalı yəqinlərə qanuni şəkk demək olar. İnsanı yəqinə çatdıran bu növ şəkk əsassız zahiri imandan olduqca üstündür.

2-Xəstəliklə bağlı şəkk: Bu, həqiqət axtarışında müddəalar və sübutlarla üzləşdikdə zehnin acizliyindən irəli gəlir. Bu xəstəliyin səbəbi zehnin həqiqətləri araşdırıb, onları xəyallardan ayırarkən qorxuya düşməsidir. Şəkkin özünəməxsus xüsusiyyətlərindən biri beyin fəaliyyətlərindən xilas olmaq üçün zehni rahatlıq qayəli “xəstəlikdir”. Bu şəkk həqiqətdə mə`rifətin antonimidir.

3-Əsaslı şəkk: Bu, zəif imanlı şəxslərin yüksək təfəkkür sahibi olduqlarını göstərməsidir. Bu şəkkə düçar olanlar iddia edirlər ki, mə`rifət və idrak məqamına nail olmuşlar. Şəkk və tərəddüddən başqa yol tapa bilməmiş, yaxud həqiqətə çatmaq üçün şəkk edənlərə məhəbbət bəsləmişlər, onların şəkki həqiqətləri tapmağa eşq üzündəndir!

Qur`ani-kərimdə işarə olunan, eyni zamanda məzəmmət edilən şəkk “qanuni şəkk” yox xəstəliklə bağlı “əsaslı şəkk”dir.1


QUR`ANDA ŞƏKK EDƏNLƏR HAQQINDA


Diqqət yetirmək lazımdır ki, Qur`ani-Kərim “şəkk edənlər” dəlil və sübut sorağında olanlar mə`nasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qur`ani-kərimdə şəkk edənlər iki qrupa bölünür:

Birinci qrup: “Bilmirəm” və “başa düşmürəm” deməklə şəkk-şübhəyə düçar olduqlarını bildirənlər. Yə`ni bu qrup şəkk edənlər açıq-aydın ayələri görə-görə yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.2

İkinci qrup: Allahı, nübüvvəti və məadı inkar edən şəxslər. Lakin onlar həqiqətdə bu məsələlər barəsində yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.3

Qur`an baxımından, şəkk edənlər məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin də`vətinin batil olmasını sübuta yetirən heç bir dəlil göstərmirlər.4



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin