QUR`ANDA İNSANLARIN QRUPLARA BÖLÜNMƏSİ
Qur`ani-kərimin ayələrinə diqqət yetirməklə insanları ilahi dinə münasibətdə üç qrupa bölmək olar:
1-Bə`ziləri dini həm batində, həm də zahirdə qəbul edirlər. Onlar mö`minlər və təqvalılardır. Baxmayaraq ki, bə`zən çarəsizlik üzündən təqiyyə edir, öz batini imanını gizlədir, onu aşkarlamaq üçün heç bir zəminə tapa bilmir və ya çarəsizlik üzündən batini imanının əksinə olaraq kafir olduğunu e`lan edir.2
2-Bə`ziləri həm batində, həm də zahirdə Allahın dinini inkar edirlər. Onlar kafirlərdir.
3-Bə`ziləri yalnız batində kafirdirlər və zahirdə özlərini imanlı göstərirlər.
Bu qruplardan olan insanlar ya zahirdə və batində dini qəbul edib mö`min olur, ya batində və zahirdə onu qəbul etməyib kafir olur, ya da onu batində inkar, zahirdə qəbul etməklə münafiq olur. Üçüncü qrupun əksini də (təqiyyəni) fərz etmək olar; insan bu halda zahirdə dini inkar etsə də, onu batində qəbul etmişdir. Bu qrup da mö`minlər sırasındadır.3
Biz burada Qur`an ayələrində bəyan olunan bu üç qrup barəsində qısa məlumat verməklə sizi kafirlərin, münafiqlərin və mö`minlərin əqidələri ilə tanış etməyə çalışacağıq:
1-QUR`ANDA KÜFR
Qur`an baxımından kafirlərin küfrünün və Allahı inkar etmələrinin əsas səbəbi ya psixoloji çatışmamazlıq, ya da nadanlıqdır.
İmam Məhəmməd Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur: “İnkara səbəb olan hər şey küfrdür.”4 Qur`an ayələri də bu həqiqəti açıqlamışdır: kafirlərin yəqinliyi yoxdur,5 əql, sübut və məntiqə tabe olmurlar.6 Bir sıra ayələrdə kafirlərin nadanlığı7, bə`zi ayələrdə isə şəkk-şübhəyə düçar olmaqları8 onların küfrlərinin əsas səbəbi kimi qeyd olunmuşdur. Bə`zi ayələrdə də kafirlər “zənn və gümana” tabe olan qruplardan hesab edilmişdir.9 Lakin Qur`ani-kərim kafirlərin Allahı inkar etməsində təkəbbür və qüruru ən əsas psixoloji səbəb kimi açıqlamışdır.10
Qur`an baxımından, kafirlər dəlil və məntiqə tabe olmamaqla yanaşı əlavə, öz müddəalarının isbatı üçün heç bir dəlil də göstərmirlər.11
Qeyd etmək lazımdır ki, Qur`ani-kərimdə “küfr” sözü “fisq” (günah) mə`nasında da işlədilmişdir.1 Belə ki inkar bə`zən əməl məqamında da küfr adlanır.2 Mərhum Əllamə Təbatəbainin nəzərincə, Qur`an baxımından kafirlərin Allahı inkar etməsinin əsas amili onların məadı inkar etməsidir. Bu da nübüvvəti, vəhyi və dini inkar etməklə nəticələnir.3 Qur`an ayələrinə əsasən, küfr həm güclənən, həm də zəifləyən sifətlərdəndir. Onun hər bir mərtəbəsinin xüsusi tə`siri vardır.4
İmam Sadiq (ə) maraqlı bir rəvayətdə, Qur`an baxımından küfrün beş qismdən ibarət olduğunu bildirmişdir:
1. Allahın rübubiyyətini inkar etmək: İmam Sadiq (ə)-ın buyurduğuna əsasən, Allahı, behişti və cəhənnəmi qəbul etməyən bu qrup insan gümana tabedir. Allah-taala onları qorxutmağı faydasız hesab etmişdir.5
2. Həqiqəti bilə-bilə inkar etmək: Bu qism küfrün mə`nası insanın haqqı və həqiqəti tanıdığı halda onu inkar etməsidir. Aşağıdakı ayələrdə bu mə`nada küfrə işarə edilmişdir:
-----------------SƏh. 33
“Qəlbləri (mö`cüzələrimizin) həqiqiliyinə yəqin etdikləri halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.”6
------------------
“Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Qur`an ) göndərildiyi zaman (onu qəbul etmədilər.) Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün (“Tövratda adı çəkilən sonuncu peyğəmbər gəlib bizə yardım edəydi” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lə`nət etsin!”7
3. İlahi ne`mətləri inkar etmək: Qur`ani-kərimdə buyurulur:
-------------------
“(Süleyman) Taxtın onun yanında hazır olduğunu gördükdə dedi: “Bu, Rəbbimin lütf və mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görək Onun ne`mətinə şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne`mətinə) şükür etsə, yalnız öz xeyrinə şükür edər; kim nankor olsa (ilahi ne`mətə şükür etməsə), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil və kərəm sahibidir!”8
4. Allahın əmrlərini tərk etmək: Bu barədə buyurulur:
------------------
“Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayan!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz. (Ey yəhudilər!) Siz elə insanlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından çıxarırsınız. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?”9 Onların küfr və inkarlarının səbəbi Allah-taalanın əmrlərini tərk etmələri idi.
5.Üz çevirmək: Bu məsələ ilə əlaqədar Qur`ani-kərimdə buyurulur:
------------------
“Biz sizi inkar edirik (Üz çeviririk). Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişəlik ədavət və nifrət olacaq.”10
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Qur`anda «küfr» bir mə`nada işlədilməmişdir. Bu mövzuda əlavə mə`lumat vermək məqsədilə aşağadakı incəliklərə diqqət yetiririk:
1-Qur`ani-kərimdə kafirlərin doğru yola yönəlməmələri ilə əlaqədar “xətəmə”2 (möhür vurmuşdur), “təbəə”3 (möhür vurmuşdur), “sərəfə”4 (döndərmişdir), “ğulfun”5 (örtülü və pərdəlidir), “ranə”6 (qələbə çalmışdır), “əqfalun” (kilidlər vurulmuşdur),7 “nuqəllibu”8 (tərsinə çevirərik), “qəsavət”9 və “mərəz” (xəstəlik)10 kimi ifadələr işlədilmişdir.
2-Mərhum Əllamə Təbatəbainin nəzərincə, Qur`anda qeyd olunan “Əlləzinə kəfəru” (kafir olan şəxslər) ifadəsində be`sətin əvvəllərində yaşayan Qüreyş kafirlərinin böyükləri ola bilər. Çünki bə`zi hallarda – kafirləri qorxutmağın faydasız olması barəsində söhbətdə doğru yola yönəlməmək bütün kafirlərə aid edilərsə, onda hidayət qapısı qeyri-müsəlmanların üzünə bağlanar. Bu da Qur`ani-kərimin nazilolma hikməti və ayələrin zahiri ilə uyğun gəlmir.11
3-Qur`an baxımından, kafirlər fitrət sərmayəsini məhv etməklə iman adlı müvəffəqiyyətə nail ola bilmədilər.12
4-Kafirlər mürəkkəb (qatı) nadanlığa düçar olduqları üçün özlərini haqq bilirdilər. Lakin Qur`ani-kərim onların xata bataqlığında qərq olduqlarını açıqlayır.13 Onların işi susuz adamın düzənlikdə, sakit və aydın havada uzaqdan su kimi gördüyü ilğıma bənzəyir. Belə ki o həmin yerə çatdıqda, orada bulaq olmadığını görür.14
5-Mə`sumlardan nəql olunmuş rəvayətlərdə qəflət, şəkk-şübhə və günah küfrün əsaslarından sayılmışdır.15 Həmçinin, bu həqiqətə də işarə olunmuşdur ki, kafirlər nadan ikən sakit qalıb düşünsəydilər, inkar etməz, kafir olub doğru yoldan azmazdılar.16
Nəticə: Qur`anda küfr ifadəsi müxtəlif mə`nalarda işlədilmişdir. Onun bir mə`nası Allah-taalanı və dini məsələləri inkar etməkdir. Bu mövzuların inkarının əsas səbəbi həm mə`rifətin olmaması (cahillik, şəkk və zənn) həm də psixoloji çatışmamazlıqdır. (təkəbbür, qürur)
Dostları ilə paylaş: |