18
jurnalist öz auditoriyasına, əsasən də bütün cəmiyyətə yalan məlumat
verir. Etik kodekslərin hər biri plagiatı, yalanı qəbul etmir, ona qarşı
sərt mübarizə aparır. Jurnalistikada peşəkarlıq,
ləyaqət həm də
digərlərinin əməyinə hörmətlə ölçülür. Plagiat qanunla qorunan
müəllif hüquqlarının kobud şəkildə pozulması sayılır və aşkarlandıqda
ictimai qınağa səbəb olur. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Kodeksində “yolverilməz hərəkət”, “ədəbi oğurluq” kimi qiymətləndirilir
və media vasitələrindən götürülməklə istifadə edilən “bütöv materiallar,
yaxud qısa çıxarışların mənbələrini hər bir halda göstərmək”
tələbi
irəli sürülür. Kompilyasiyanın plagiatdan başlıca fərqi, onun bir deyil,
bir çox mənbədən köçürmələrdən ibarət olmasıdır. Buna görə də
kompilyativ əsərlərdə, adətən, faktlar dağınıq, fikirlər arasında əlaqə
zəif olur.
Vaşinqton Post Cenet Kuk “Cimminin dünyası” uydurma hekayəsinə
görə Pulitzer mükafatını qazanması, sonra ifşa olunması. Nyu-York
Tayms jurnalisti Jeyson Bleyrin İraq
müharibəsindən bəhs edən
uydurma hekayələri.
Dostları ilə paylaş: