11
münasibətləri kimi daxili aləminə aid məlumatlarla yanaşı,
şəxsi
yazışmaları kimi xarici mühitlə əlaqəli məlumat və hadisələr də daxildir.
Gizli həyat toxunulmaz olmaqla yanaşı, şəxsi həyatın özəyini təşkil
etdiyindən hər cür müdaxilələrdən qorunur. Bu sahəyə aid bilgilər hər
kəsə, o cümlədən jurnalistlərə qapalıdır.
Əgər ictimai fiqur şəxsi və ictimai həyatı ilə bağlı uzlaşmayan fəaliyyət
göstərirsə, jurnalistlər korrupsiya, qanun pozuntuları, cinayət əməlləri
və s. kimi ictimai maraq doğuran hallarla əlaqədar olaraq informasiya
toplamaqda və yaymaqda haqlıdırlar.
Azadlıq və zərurət, onların qarşılıqlı nisbəti. Əxlaq azadlığının
ilkin
sosial-tarixi şərtləri. Seçim azadlığı jurnalistin fəaliyyətinin əsas
şərti kimi, azadlıq və məsuliyyət. İnformasiyanın dərc olunmaması
prinsipləri- məlumatın məxfiliyi və ya istintaqın gedişi. İttiham olunan
şəxslər haqda təsdiqlənməmiş məlumatların yayımının sərhədləri və
şərtlər. İctimai şəxsin özəl həyatı.
Dostları ilə paylaş: