12
MÖVZU 5.
Jurnalistika prinsipləri və mediada əsas etik problemlər
Peşəkar jurnalistika fakta əsaslanmalı, vicdanlı, ədalətli, dolğun
və ardıcıl olmalıdır.
Burada bitərəflilik,
dəqiqlik, doğruluq də əsas
prinsiplər kimi öz yerini tutmalıdır. Dünyanın hər yerində jurnalistika
fəaliyyəti
fərqli olsa da, onun prinsipləri eynidir. Bütün jurnalistika
kodeksləri dəqiq, balanslı, doğru olmağa səslədiyi kimi, böhtanın,
təhqirin, rüşvətin yolverilməz olduğunu deyir. Dünyanın
hər bir
ölkəsində jurnalistikanın spesifik problemləri və vəzifələri var, lakin
onların əksəriyyəti ümumi xarakter daşıyır. Vicdanlı olmaq dedikdə,
fırıldaqçılıq və aldatma kimi qəbuledilməz meyllərdən uzaq olma başa
düşülür. Ədalətli
olmaq özündə şəxsi mənfəət, tərəfkeşlik, yaxud
qərəz kimi elementləri müəyyən edib onların nəzarətdən çıxmasına
yol verməmək mənasını verir.
Jurnalistikanın əsas vəzifəsi faktı üzə çıxarmaqdır.
Bundan sonra
jurnalist müstəqilliyi, onun əsasn işıqlandırdığı subyektlərdən asılı
olmaması əsas göstəricidir. Jurnalist vicdanının diktəsi ilə hərəkət
etməlidir. Əsas etik problemlərin pozulması əsasən insanların şəxsi
həyatına
müdaxilə, böhtan, təhqir, sensasiya yönümlü materiallar
zamanı rast gəlinir. Həm etik kodekslər, həm də qanunvericilik insanın
təhqir olunmasını, ona böhtan atılmasını birmənalı qəbul etməsə
də, bəzi jurnalistlər peşə fəaliyyəti zamanı bu məqamlara yer verir.
Bitərəflilik, dəqiqlik, doğruluq əsas prinsiplər kimi. Böhtan, təhqir,
sensasiya, kommersiya, əsas problemlər kimi. Şərəf, ləyaqət və
işgüzar nüfuz anlayışlarının təsnifatı.
Dostları ilə paylaş: