BÖHTAN
Əksər ölkələrdə KİV materillarının fiqurantına çevrilmiş insanların böhtandan qorunmaq üçün qanuni hüquqları var. Fiqurantların fikrincə, KİV-də dərc edilmiş material doğru deyilsə, işgüzar nüfuzlarını ləkələyib, şərəf və ləyaqətlərini alçaldırsa, onlar məkəməyə üz tuta və önəmli kompensasiyalar tələb edə bilərlər.
Bu hüquq müxtəlif ölkələrdə ictimai şəxslərə, məsələn, rəsmilərə xeyli fərqli şəkildə tətbiq edilir. Bəzi ölkələrdəki qanunlar ictimai şəxslər haqqında dərc edilmiş məlumatın açıq-aşkar yalan olduğunu onların özünün sübuta yetirmələrini tələb edir. Başqa ölkələrdə yüksəkvəzifəli rəsmi şəxsə, məsələn, dövlət başçısına yönəlik açıq tənqid cinayət sayılır.
Vurğulamalıyıq ki, böhtana görə suçlanmaqdan ən yaxşı müdafiə - jurnalistin fakttəməlli qərəzsiz işidir. Həqiqət böhtan ola bilməz. İstənilən şəxs, yaxud qurum haqqında mətbuat və ya efirdə yer verdiyimiz istənilən xəbər özünəyetərli və balanslı material olmalı, bütün ifşaedici sübutları özündə cəmləşdirməlidir. Belə materialda publikanın başqa materialı da oxuyacağını düşünüb, ona istinad etmək olmaz.
Bizim materiallarda şayiəyə və təsdiqlənməyən məlumata yer yoxdur. Qanun pozuntusuna, ziyan vurulmasına görə mümkün ittihamların yer aldığı hər hansı materialınızla bağlı böhtana görə dava açıla bilcəyini ağlınıza gətirir və bundan şübhələnirsinizsə, “Azadlıq/Azad Avropa Radiosu”nun hüquq məsləhətçisinə üz tutun.
Dostları ilə paylaş: |