SİLAHLI MÜNAQİŞƏLƏRDƏKİ ƏSİRLƏR
Əsgərlərin, qiyamçıların və ya hər hansı başqa əsirlərin onları tutan qüvvələr tərəfindən çəkilən foto, ya videogörüntüsünü, yaxud televiziyada açıq bəyanatlar verən əsir kadrlarını göstərib-göstərməmək məsələsini “Azadlıq/Azad Avropa Radiosu” hər ayrıca halda fərdi qaydada çözür. Bu, sözügedən görüntülərin KİV-ə hansı yolla – dövlət orqanları, özünü hakimiyyət elan edənlər, bölücü və ya partizan təşkilatları və ya terrorçu qruplar vasitəsilə çatdırılmasından asılı deyil və bütün hallara şamil edilir.
Əsirlərin görüntü və ya açıq bəyanatlarını dərc edib-etməmək barədə qərarı “Azadlıq/Azad Avropa Radiosu”nun baş redaktoru qəbul edir. O, hər konkret halda xidmət direktorlarına ayrıca yazılı göstəriş verir.
“Azadlıq/Azad Avropa Radiosu” kontentin dərcinə qərar verərkən, hər konkret halda onun xəbər dəyərini və əsirləri alçaldan görüntüləri göstərməmək və işğalçılara özünütəbliğ imkanı yaratmamaq prinsiplərini ölçüb-biçir.
Əsirlərin video və fotolarını dərc etmək qərarı verərkən, üzlərini qara örtüklə pərdələyib və ya foto və videolarda sifət cizgilərini silib kimliklərini gizlətməyi vacib saya bilərik.
Əsirlərin publik açıqlama verdiyi video, ya fotoları dərc edərkən, həmin açıqlamaların könüllü, yoxsa basqı altında verilib-verilmədiyini heç cür öyrənə bilmədiyimizi aydın şəkildə göstəririk.
Dostları ilə paylaş: |