Jurnalistika standartları


FOTOŞƏKİLLƏRDƏ İMZA VƏ ŞƏKİLALTI SÖZLƏR



Yüklə 166,9 Kb.
səhifə26/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

FOTOŞƏKİLLƏRDƏ İMZA VƏ ŞƏKİLALTI SÖZLƏR


Xəbərə aid fotolarda həmişə imza qoyulmalı və şəkilaltı mətndə fotoda əksini tapan olayın qısa məzmunu verilməlidir. İmkan daxilində olayın məğzi, yeri və vaxtı göstərilməli, eləcə də fotoda görünən insanların adı bildirilməlidir.

Fotoda görüntülənən insanların adı şəkildə necə yerləşmələrinə görə yazılır. Mötərizədə bildirilir ki, tutalım (soldakı), (ortadakı), (sağdakı), (soldan sağa baxan), (soldan 2-ci).) və s. və i.a.

Auditoriyanın fotoşəkillərdə əksini tapan məlumatı internetdə hansı açar sözlərlə axtaracağını öncədən təsəvvür etməyə çalışın. Həmin sözləri şəkilaltı yazıya daxil edin. Belə yanaşma materialınızı şəbəkədə daha tez gözə çarpdıracaq.

“Azadlıq/Azad Avropa Radiosu”nun müqavilə bağladığı kommersiya agentliklərinin fotoşəkillərində həmin agentliklərin imzası verilməlidir (tutalım, Röyter).

Arviv fotolarından yararlanarkən, sözügedən olaya aid nisbətən yeni foto tapmağa çalışın. Fotoları seçərkən, başqa foto tapmağın mümkün olmadığı hallar istisna olmaqla, təkrara yol verməməyə çalışın.

Olayla birbaşa bağlantısı olmayan, illüstrasiya məqsədi ilə istifadə edilən ümumi səciyyəli fotolarda imzaya ehtiyac yoxdur.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin