Jurnalistika standartları



Yüklə 166,9 Kb.
səhifə31/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

BİRBAŞA EFİR


Birbaşa – canlı bağlantı xalq ayaqlanmasından, etirazlardan və ya bənzər olaylardan aparılırsa, diqqətlə izləmək lazımdır ki,, istəmədən də olsa, efirə nifrət açılayan sözlər, zorakılığa çağırışlar, qəddar zorakılıq görüntüləri, yaxud söyüşlər getməsin.

Bu təhlükənin önünü kəsmək üçün birbaşa (canlı) efirdə aşağıdakı qaydaları rəhbər tutmaq lazımdır:



  • Prodüser birbaşa efiri əvvəldən axıradək diqqətlə izləməyə borcludur.

  • Birbaşa efir ertələnmiş rejimdə gerçəkləşdirilirsə, prodüser öncədən səsi “bip”lətməyə və görüntünü “örtməyə” hazır olmalıdır.

  • Birbaşa efir gecikmədən başlayırsa, prodüser zəruri hallarda efiri kəsməyə hazır olmalıdır.

  • Prodüserin borcudur ki, olay yerindən translyasiyanı dərhal başqa yerə, tutalım, studiyaya keçirsin.

  • Prodüser birbaşa efirin nədən kəsildiyini tamaşaçılara necə açıqlamaqla bağlı müxbirə dərhal təlimat verməlidir (və ya kadrda açıqlayıcı mətn yerləşdirmək lazımdır).

  • Müxbir olayların necə gəlişdiyinə dair tamaşaçıları bilgiləndirməyə davam etməyə borcludur.

Olay yerində nifrət rəmzləri və ya ədəbsiz, nifrətaşılayıcı, yaxud böhtan səciyyəli çağırışlar yazılan plakatlar varsa, belə obyektləri olayın ümumi ab-havasını verəcək dərəcədə kamerayla “atüstü” çəkirik. Birbaşa və ya kadrda həddən çox fokusda saxlamaqla nifrətaşılayıcı rəmz və şüarların göstərilməsinə icazə verilmir.

Etiraz nümayişləri gedən yerlərə canlı bağlantı zamanı bizim müxbirlər opponentlərə də danışmaq imkanı verib, fikirləri balanslaşdırmalıdırlar.

Etiraz nümayişləri gedən yerlərə canlı bağlantı zamanı olayları vicdanla işıqlandırmağa borcluyuq. Etirazçıların sayı azdırsa, bunu kadrda göstəririk: daha təsirli olmasından ötrü eyni kadrı insanlarla doldurmaq gərəkməz.

Sosial şəbəkələrin auditoriyasını birbaşa efirə qatılmağa çağırırıqsa, redaktor nifrət aşılayan sözləri, zorakılığa çağırışları, ya da söyüşləri dərhal pozmağa hazır olmalıdır. Belə şərhlərin sayı aşıb-daşırsa, şərhlər bölümünü qapadırıq.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin