Jurnalistika standartları



Yüklə 166,9 Kb.
səhifə7/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   2   3   4   5   6   7   8   9   10   ...   40

KƏNAR MÜKAFATLAR


“Azadlıq/Azad Avropa Radiosu” müsabiqələrə rəsmi şəkildə qatılıb, materiallarını verərsə, onun əməkdaşları da mükafat ala bilərlər (pul ekvivalentində verilən mükafat da daxil).

Mükafat peşəkarların müsabiqəsində verilərsə və həmin müsabiqəyə “Azadlıq/Azad Avropa Radiosu”yla yanaşı, başqa təşkilatlar da qatılarsa, jurnalistin o mükafatı alıb-almamasına hər bir konkret halda “Azadlıq/Azad Avropa Radiosu”nun baş redaktoru qərar verir.

Unutmayın ki, “Azadlıq/Azad Avropa Radiosu”nun jurnalisti peşəkarların müsabiqəsində qalib gəlib mükafata layiq görülməyibsə, başqa heç bir halda mükafat olaraq hər hansı pul, xidmət və ya əşya ala bilməz.

Maraqlar toqquşmasına görə suçlanmaqdan qaçmaq üçün “Azadlıq/Azad Avropa Radiosu” jurnalistlərinə peşəkar olmayanların, tutalım, beynəlxalq təşkilatların, hökumət qurumlarının, yaxud Qeyri Kommersiya Təşkilatlarının verdiyi mükafatlardan imtina etmək hüququnu özündə saxlayır. Belə mükafatlara təqdim edilən jurnalistlər bu barədə dərhal öz xidmət direktorunu bilgiləndirməlidir. Hər bir konkret halda mükafatın qəbul-edilib-edilməməsinə “Azadlıq/Azad Avropa Radiosu”nun baş redaktoru qərar verir.

“Azadlıq/Azad Avropa Radiosu”nun əməkdaşlarının heç bir siyasi partiyadan, siyasi qurumdan, lobbiçi qruplaşmadan, sənaye qrup və şirkətindən hər hansı mükafat almaq hüququ yoxdur.

Nəyəsə şübhəniz varsa, öz xidmət direktorunuzla məsləhətləşin.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin