Jurnalistika standartları



Yüklə 166,9 Kb.
səhifə13/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

ÖLÜMÜN TƏSVİRİ


Anlayırıq ki, bəzi olayları işıqlandırmaq, onlarla bağlı hakt və duyğuları verməkdən ötrü ölümü göstərmək qaçılmazdır.

Bununla belə, qurban və ailələrinin ləyaqətinə, özəl yaşam hüququna, həm də publikanın hisslərinə toxunmamaq üçün bunları əldə rəhbər tuturuq:



  • Biz ölənlərin cəsəd görüntülərini dərc edə bilərik. Ancaq meyitlərin üzü tanına bilərsə, tanınmamaq üçün sifət cizgilərini silir və ya qara örtüklə yetərli qədər pərdələyirik.

  • Üz ifadəsi sakit olsa belə, meyitin sifətini iri planda göstərmirik.

  • Biz ölüm anının görüntüsünü vermirik.

  • Biz ölü bədənlərin açıq-aşkar qorxunc görüntülərini, yaxud bədən hissələrini göstərmirik.

İstər söhbət uşaqdan getsin, istər yaşlı insandan, istərsə ölən şəxsin yaxın qohumlarının həmin görüntülərin çəkilib göstərilməsinə icazə verib-verməməsindən, - bu prinsiplər həmişə keçərlidir.

Bu prinsiplər hərbi əməliyyatlara, təbii fəlakətlərə, terrorçu hücumlarına, cinayətlərə, intiharlara və digər ölüm hallarına münasibətdə keçərli sayılır. (Bax: “İntihar və intihar cəhdləri!”).

Görüntü açıq-aşkar məşhurlaşıb özü-özlüyündə xəbər qarmağına çevrildiyi və ya mass-mediada geniş yayıldığı hallarda ona istisna haqqı tanına bilər. Hər bir belə halı fərdi qaydada, regional yayım direktoru da qatılmaqla, xidmət direktoru gözdən keçirir.


Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin