PUBLİKANIN ŞƏRHLƏRİ “Azadlıq/Azad Avropa Radiosu” öz publikasına verilişləri, internetdəki məqalələri, sosial şəbəkə postlarını, eləcə də real zamanda canlı televiziya efirini şərh etmək imkanı verir.
Şərhlərin redaktəsi
Ümumi qayda - “Azadlıq/Azad Avropa Radiosu” gələn şərhləri redaktə etmir.
Yalnız verilişlərimizdə “Viewer Voicemails” səsli poçtundan istifadə zamanı dinləyicilər verilişimizə qatılarsa, istisnaya yol verilə bilər.
Belə hallarda uzun-uzadılığı və mövzudan yayınmanı ixtisar edərək dinləyicinin fikrini qısaltmaq hüququnu özümüzdə saxlayırıq. Ancaq onun söylədiklərinin başlıca anlamını verməliyik. Səsli şərhin redaktəsi mövzudan önəmsiz yayınmaların, danışıq fasilələrinin, “mırıltı-mızıltıların”, bir anlam ifadə etməyən digər səslərin aradan qaldırılmasıyla məhdudlaşır.
Şərhlərin translyasiya və dərci
Biz redaksiya standartlarımızı pozan şərhləri nə translyasiya, nə də dərc edirik. Bizim standartlar dini, etnik, sosial-iqtisadi, yaxud mədəni əlamətə görə aşağılamaları, seksist təhqirləri və digər nifrət aşılayan söyləmləri yasaqlayır.
Biz yalançı şahidlik və böhtan məzmunlu şərhləri dərc və translyasiya etmirik.
Biz dərc və ya translyasiya üçün şərhləri seçərkən, mümkün qədər çox baxış spektrini diqqətə yetirməyə çalışırıq.
Biz təkrarlanan, yaxud nala-mıxa döyən və ya həcmi baxımından uzun-uzadı şərhləri dərc etməkdən boyun qaçıra bilərik.
Biz şərh bölümündə rəylərin eyniçəkili olması görüntüsü yaratmağa çalışmır, öz şərhlərimizi əlavə edir, yaxud daha yaxşı görünməsi üçün bu və ya digər şərhi səhifənin yuxarısına çıxarırıq.
Şərhlər artıq konstruktiv olmazsa və ya tam birtərəfli məzmun daşıyarsa (o cümlədən internet trollarının hücumuna məruz qalarsa), şərh bölümünü qapada bilərik.
Sosial şəbəkələr və birbaşa efir
Sosial şəbəkələrə, canlı efirə həddən artıq çox sayda və yüksək sürətlə şərh gələrsə, redaktorlar durumun və insan resurslarının imkan verdiyi həddə yuxarıda əksini tapan prinsipləri əldə rəhbər tutmalıdırlar.
Dostları ilə paylaş: |