Jurnalistika standartları



Yüklə 166,9 Kb.
səhifə19/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

TƏRƏFSİZLİK


“Azadlıq/Azad Avropa Radiosu” demokratik dövlətlərin əməl etdiyi demokratiya və insan haqlarına bağlıdır. Ancaq “Azadlıq/Azad Avropa Radiosu”nun əməkdaşları hər hansı konkret siyasi təşəbbüs və qanun layihəsini, seçkili və ya dövlət vəzifələrinə namizədi dəstəkləyə, yaxud əleyhinə təbliğat apara bilməz.

Siyasi və ya sosial məsələlərə dair kollektiv diləkçələri imzalamazdan öncə “Azadlıq/Azad Avropa Radiosu”nun jurnalistləri xidmət direktorundan icazə almalıdırlar. Çox vaxt olur ki, belə diləkçələr anqaje olunmuş qruplardan gəlir, ya da bu və ya digər siyasi qüvvə, yaxud hərəkata qarşı yönəlir.

“Azadlıq/Azad Avropa Radiosu” bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıyıb dəstəkləyir. Ancaq “Azadlıq/Azad Avropa Radiosu”nun materiallarında separatizm – bölücülük nə bəyənilə, nə də dəstəklənə bilər.

“Azadlıq/Azad Avropa Radiosu” bütün insanların beynəlxalq normalarda əksini tapan yerdəyişmə hüququnu dəstəkləyir. Ancaq “Azadlıq/Azad Avropa Radiosu”nun materiallaında mühacirətə çağırış və dəstək məzmunlu söyləmlərə yer verilməməlidir.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin