Jurnalistika standartları


İCTİMAİ RƏY SORĞULARI (adətən, “vox-pop” deyilən material)​



Yüklə 166,9 Kb.
səhifə20/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

İCTİMAİ RƏY SORĞULARI (adətən, “vox-pop” deyilən material)​


Aktual olaylara birbaşa adi insanların reaksiyasını çatdırmaq üçün biz küçələrdə ictimai rəy sorğuları (adətən, “vox-pop” deyilir) keçiririk. Radio və televiziya verilişlərinin bir parçası olan belə sorğular verilişlərimizin adi insanların fikrinə diqqətlə yanaşdığına və reportajlarımıza yerli koloritin artırılmasına inancımız baxımından faydalıdır.

Biz küçədən keçənlərlə sorğu apararkən, respondentlərimizi dinləyici və tamaşaçılarımıza tanıdırıq: kimin danışdığını bildirir və onların mövzumuza dair niyə məlumatlı olduqlaını açıqlayırıq. Respondentlərimizdən onların tam adını, yaş və statuslarını soruşuruq (tutalım, “müəllimdir”).

Bəzi ölkələrdə insanların bu və ya digər mözularda öz fikrini açıq bildirməkdən qaçdığını da anlayırıq. Bu üzdən istisna hallarda respondentlərin istəyi ilə onların kimliyini qismən gizlədə bilərik: radio verilişlərində yalnız adlarını verir, televerilişlərdə isə nə adını, nə də soyadını səsləndiririk (ancaq həmişə respondentin üzünü açıq göstəririk). “Azadlıq/Azad Avropa Radiosu” üçün “vox-pop” sorğuları tam anonimliyə təminat verməkdən ötrü o qədər önəmli sayılmadığından, respondentlərə tam anonimlik sözü vermirik (bax: ANONİMLİK VƏ LƏQƏBLƏR).

Nəzərə alın ki, “vox-pop”, olsa-olsa, qeyri-formal sorğudur və onun əsasında gələcəkdə hansı ictimai ovqatın ön plana keçəcəyinə proqnoz vermək olmaz. Yalnız ictimai rəyi elmi baxımdan araşdımaqla, formal metodlara və əhalinin müxtəlif təbəqələrindən respondent seçiminə dayanmaqla belə öncəgörmələr gerçəkləşə bilər.

“Vox-pop”un başlıca vəzifəsi – bu və ya digər olay haqqında insanların nə düşündüyünü göstərən canlı danışığı diqqətə yetirməkdir. Bu üzdən onlara elə suallar ünvanlayırıq ki, təkcə “hə”, yaxud “yox” cavabını deyil, rəngarəng cavablar almaq imkanımız olsun (tutalım, təkcə “Seçkilərdə səs verməyə gedəcəksinizmi?”ni deyil, “Seçkilərə qatılan iki namizəd haqqında nə düşünürsünüz?” sualını da soruşuruq).

Biz “xalqın səsi”ndə işıqlandırılan mövzuya dair yalan məlumatdan sitat gətirmir və ya əlimizdəki dürüst və təsdiqlənmiş faktlara dayanmış informasiyaya şübhə doğuran fikirlərdən faydalanmırıq.

Rəyini soruşduğumuz insanlar arasında hakim olan hər hansı fikrə reportajımızda yer ayırır, ancaq sorğuda səslənən başqa fikirlərin də geniş spektrini diqqətə yetiririk.

Qeyri-formal sorğumuz əvvəlcədən hər hansı ayrıca qrupun fikrini araşdırmağı hədəf götürməyibsə, biz küçədə müxtəlif qrup və təbəqəni təmsil edən həmsöhbətlər seçirik.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin