“Azadlıq/Azad Avropa Radiosu” qaynaqlardan alınan müsahibələrə pul ödəmir. Müsahibənin götürülməsinə və ya dərcinə də pul, yaxud hədiyyə alınmır. Bizim gözümüzdə istənilən ödəniş növü yolverilməzdir. İstər pul olsun, istər mal, istərsə xidmət.
Ödənişli müsahibə orada səsləndirilən məlumata inamı ciddi şəkildə sarsıdır. Bu durumda açıq ehtimal yaranır ki, qaynaq özünü müxbirin eşitmək istədiyi məlumatı söyləməyə kökləyəcək.
Müsahibənin məsrəflərini - müsahibin yemək və yol xərclərini və ya müsahibə götürüləcək yerin kirayəpulunu ödəməyə icazə verilir.
Bu qaydalardan hər hansı istisna baş redaktor, ya da regional direktorla razılaşdırılmalıdır.
Həmin qaydalar “Azadlıq/Azad Avropa Radiosu”nun daimi müəlliflərinə olan ödənişlərə şamil edilmir. Onlar “Azadlıq/Azad Avropa Radiosu”nun ehtiyacları üçün vaxtaşırı material hazırlamaq barədə müqavilə bağlayıblar.