DƏQİQLİK
“Azadlıq/Azad Avropa Radiosu”nun ştatlı və ştatdankənar müəllifləri var qüvvələriylə çalışmalıdırlar ki (dərcin texniki üsulundan asılı olmayaraq), material və translyasiyalar fakt baxımından dəqiq və yoxlanılabilən olsun. Gələn məlumat şübhəli və ziddiyyətlidirsə, o məlumatda əksini tapan faktları, ən azı, iki müstəqil qaynaq təsdiqləməlidir.
“Azadlıq/Azad Avropa Radiosu”nun jurnalist və analitiklərinin şayiələrə, ya da təsdiqlənməyən məlumata əsaslanan materialları dərc və ya translyasiya etmək hüquqları yoxdur.
Faktla bağlı yanlışlar mümkün qədər tez aradan qaldırılmalıdır.
İNSANLARIN CİNSİ (GENDER) MƏNSUBİYYƏTİNİN SÖYLƏNMƏSİ
Mümkünsə və dil normaları yol verirsə, insan qruplarını ümumən təsvir edərkən, biz gender baxımından tərəfsiz sözlükdən yararlanırıq: “polismen” yerinə “polis” və ya “polis zabitləri”, “uniformalı kişilər” yerinə “hərbi qulluqçular”, “biznesmen” yerinə “sahibkarlar” yazırıq və s. və. i.a. “İşgüzar qadın”, yaxud “polismen” kimi gender yönümlü sözləri tək adam nəzərdə tutulanda, ayrıca şəxsdən söhbət gedəndə işlətmək olar.
Biz mücərrəd personajı təsvir etməkdən ötrü “o”, “ona”, “onu” kimi əvəzliklərdən qaçırıq, çünki real durumda söhbət kişidən də, qadından da gedə bilər.
Dostları ilə paylaş: |