Jurnalistika standartları


DİGƏR TƏŞKİLATLARDA ŞTATDANKƏNAR İŞ



Yüklə 166,9 Kb.
səhifə8/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

DİGƏR TƏŞKİLATLARDA ŞTATDANKƏNAR İŞ 


“Azadlıq/Azad Avropa Radiosu”nun informasiya şöbəsinin əməkdaşları mümkün maraqlar konfliktindən qaçmaq üçün digər işəgötürənlərlə istər ödənişli, istərsə ödənişsiz hər hansı ştatdankənar əməkdaşlıqdan ötrü öz xidmət rəhbərindən icazə almağa borcludur. Məqalələrin dərci, kitabların çap və ya tərcüməsi, bloqqinq, videogörüntülərin verilməsi və digər əməkdaşlıq şəkilləri belə əməkdaşlıq sayıla bilər. Buraya, ABŞ dövlət qurumları da daxil, hər hansı dövlət qurumu və kommersiya , yaxud qeyri-kommersiya yönümlü istənilən özəl şirkət və təşkilatla iş aiddir.

Bu və ya digər şəkildə maraqlar konfliktinə gətirib çıxaracaqsa, “Azadlıq/Azad Avropa Radiosu”nun materiallarında haqqında indi danışılan və ya gələcəkdə söz açıla biləcək təşkilatlar, eləcə də istənilən qurumlar üçün ştatdankənar iş görmək olmaz. Maraqlar konfliktinin yaranıb-yaranmayacağına dair qərarı xidmət direktoru verir və zərurət olarsa, o, regional direktorla da məsləhətləşir.

“Azadlıq/Azad Avropa Radiosu”nun ştatlı əməkdaşları xidmət direktorundan icazə almadan eyni zamanda hər hansı başqa KİV-lə ştatdankənar əməkdaşlıq edə bilməz. “Azadlıq/Azad Avropa Radiosu” jurnalistinin materialları bir frilanser kimi digər KİV-də müntəzəm dərc edilirsə, o, əvvəlcədən hər çap materialı və ya videogörüntünün verilməsini xidmət rəhbəriylə razılaşdırmalıdır.

Bir obyektiv və qərəzsiz KİV olaraq “Azadlıq/Azad Avropa Radiosu”nun nüfuzuna ziyan vurmamaq üçün müxbirlərimiz kənar materiallarında öz siyasi mövqeyini dilə gətirməməli, mübahisəyə qatılan bu və ya digər tərəfi dəstəkləməməli, bizim auditoriyada jurnalistin qərəzsizliyinə şübhə oyadacaq fikirlərə yer verməməlidir.

“Azadlıq/Azad Avropa Radiosu” istənilən KİV-lə ştatdankənar əməkdaşlığa verilmiş icazəni ləğv etmək hüququnu özündə saxlayır.


Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin