##book_id= 202//book_name= Qafqaz Albaniyasının problemləri //
##fk=105//ks=04//fn=202// sumalltest= 373 //
##Fakültənin adı: Tarix və coğrafiya
##İxtisas: Tarix müəllimliyi
##Şöbə: Azərbaycan
##Kurs: IV
##Fənnin adı: Qafqaz Albaniyası tarixinin problemləri
##Tərtib edən: dos. N.Əhmədova, dos. A.Əlizadə
##Kafedra müdiri: dos. N.Ə.Əhmədova
##num=1// level= 1// sumtest=20 // name= Albaniya tarixi üzrə mənbələr //
1. Albaniya tarixi üzrə ilk yerli orijinal mənbə:
A) K. Qanzakesi “Tarix“
B) M. Qoş “Alban salnaməsi“
C) M. Kalankatlı “Alban tarix“
D) F. Məmmədova “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası“
E) Aquen kilsə məclisinin sənədləri
2. Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməkdə məqsədi:
A) Xəzər dənizindən Qara dənizə ticarət yolunu ələ keçirmək
B) Misiri və İran körfəzini ələ keçirmək
C) Xəzər vilayətlərini zəbt etmək
D) Dərbənd istiqamətində hücumları davam etdirmək
E) Hindistandan Qara dəniz sahillərinə gedən ticarət yolunu ələ keçirmək
3. K. V. Trever Albaniyanın coğrafi adları barədə hansı nəticəyə gəlmişdir?
A) Qafqaz mənşəlidirlər
B) İran və türk mənşəlidirlər
C) İran, Qafqaz və Türk mənşəlidirlər
D) Qafqaz və türk mənşəlidirlər
E) Türk mənşəlidirlər
4. Yaloylutəpə arxeoloji mədəniyyətinin ilk tədqiqi nə vaxt olmuşdur?
A) 1949 - 1950 - ci illər
B) 1926 - cı il
C) 1963 - cü il
D) 1968 - ci il
E) 1928 - 1930 - cu illər
5. Albaniyada möhürlər meydana gəldi:
A) İsgəndərin bu əraziyə yürüş etməsi ilə
B) Pompeyin bu əraziyə hücum etməsi ilə
C) Əhəmənilərin hakimiyyətinə son qoyulması ilə
D) Dövlətin yaranması ilə
E) İsgəndərin imperiyasının süqutundan sonra
6. E. ə. 66 - cı ilin dekabrında Roma və Alban qoşunları arasında vuruşma baş verdi:
A) Van gölü sahilində
B) Araz ətrafında
C) Alazan vadisində
D) Kür sahilində
E) Urmiya gölü ətrafında
7. Pompeyi yenidən albanlara qarşı yürüş etməyə məcbur etdi:
A) Albanların özlərin həddindən artıq arxayın olmaları
B) Albanların xəracı az verməsi
C) Albanların şimal tayfaları ilə ittifaqa girməsi
D) Albanların İran qoşunları ilə apardığı danışıqlar
E) Albanların romalıları izləyərək təhlükəli vəziyyət yaratması
8. Amid döyüşündən sonra Albaniya hansı vilayətlərini qaytardı?
A) Kaspiana, Arsax, Uti
B) Marlar ölkəsi, Uti, Paytakaran
C) Arsax, Marlar ölkəsi, Kaspiana
D) Sünik, Kaspiana, Uti
E) Arsax, Kaspiana, Kolt
9. I əsrə aid edilmiş əl dəyirmanı harada tapılmışdır?
A) Yaloylutəpədə
B) Sarıtəpədə
C) Xınıslıda
D) Torpaqqalada
E) Katakomba qəbirlərində
10. Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməkdə məqsədi:
1 - Xəzər dənizinin sahillərini tutmaq
2 - Həmin dövlətləri özünə müttəfiq etmək
3 - Albaniya ərazisindən keçərək kaspi tayfalarını özünə tabe etmək
4 - Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək
5 - Kəşfiyyat xarakterli idi
A) 2, 3
B) 4, 5
C) 2, 4
D) 3, 5
E) 1, 4
11. Sanatürk Albaniyada hansı siyasəti yürüdürdü?
1 - Xristianlığın Albaniyada yayılmasının qarşısını almaq
2 - Hunlara rəhbərlik etmək
3 - Albaniyanın müstəqilliyini qorumaq
4 - Paytakaran vilayətini Albaniyadan ayırmaq
5 - Romanın işğalçılıq niyyətlərinə qarşı çıxmaq
A) 3, 4, 5
B) 1, 2, 4
C) 2, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 5
12. Ərəblərin işğalından sonra Albaniya necə adlandı?
1 - Arran
2 - Muğan
3 - Şirvan
4 - Azərbaycan
5 - Albaniya
A) 3, 4, 5
B) 2, 3, 4
C) 2, 3, 5
D) 1, 4, 5
E) 1, 2, 3
13. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Yaloylutəpə arxeoloji mədəniyyətinin tədqiqi
2 - Xınıslı yaşayış məskəni
3 - Küp qəbirlərin tədqiqi
4 - Qobustanda aşkar edilmiş daş kitabə
A) 1, 3, 4, 2
B) 4, 2, 3, 1
C) 1, 4, 3, 2
D) 4, 3, 2, 1
E) 3, 4, 1, 2
14. Xronoloji ardıcıllığı müəyyən edin.
1 - Albaniyanın Romadan asılı vəziyyətə düşməsi
2 - Alazan döyüşü
3 - Yunan dilində yazı olan kitabənin tapılması
4 - Qobustanda daş kitabə
A) 4, 3, 2, 1
B) 1, 2, 3, 4
C) 3, 2, 4, 1
D) 2, 1, 3, 4
E) 2, 3, 1, 4
15. Uyğun variantı müəyyən edin.
1 - Qanunvericilik sənədidir.
2 - XII əsrdə yaranmışdır.
3 - Yerli orijinal mənbədir.
4 - XIII əsrdə yaranmışdır.
I. M. Kalankatlı “Alban tarixi”
II. M. Qoş “Alban salnaməsi”
III. K. Qanzakesi “Tarix”
IV. Aquen kilsə məclisinin sənədləri
A) I - 3, II - 2, III - 4, IV - 1
B) I - 4, II - 3, III - 2, IV - 1
C) I - 2, II - 3, III - 4, IV - 1
D) I - 1, II - 2, III - 3, IV - 4
E) I - 2, II - 1, III - 4, IV - 3
16. Uyğun variantı müəyyən edin:
1 - E. ə. 66 - cı ildə döyüş oldu
2 - Tayfa ittifaqları yarandı
3 - Roma və Alban qoşunları arasında vuruşma oldu
4 - Erməni çarlığı yarandı
I. Kür sahilində
II. Alazan vadisində
III. Van gölü sahilində
IV. Urmiya gölü ətrafında
A) II - 1, I - 4, III - 2, IV - 3.
B) I - 1, II - 2, III - 3, IV - 4.
C) I - 1, II - 3, III - 4, IV - 2.
D) III - 1, IV - 2, II - 3, I - 4.
E) IV - 1, III - 2, II - 3, I - 4.
Dostları ilə paylaş: |