|
##num=11//level=1// sumtest=26 //name=IV - VI əsrlərdə Albaniyanın təsərrüfatı 501 - 550 //
|
səhifə | 11/13 | tarix | 25.11.2018 | ölçüsü | 0,65 Mb. | | #84875 |
| ##num=11//level=1// sumtest=26 //name=IV - VI əsrlərdə Albaniyanın təsərrüfatı 501 - 550 //
1. I Cəsur Vaçaqana aiddir:
A) Albaniyanın bütün vilayətlərini birləşdirdi
B) Sasanilər üzərində qələbə çaldı
C) Arranilər sülaləsinin əsasını qoydu
D) Aquen kilsə məclisi çağırdı
E) Romalılar üzərində qələbə çaldı
2. Amid döyüşü nəticəsində hansı alban vilayətləri qaytarıldı:
A) Arsax, Marlar ölkəsi, Kaspiana
B) Uti, Sakasen, Kolt
C) Girdman, Morlar ölkəsi, Arsax
D) Kaspiana, Uti, Kolt
E) Arsax, Uti, Girdman
3. Albaniya dövlətinin ərazisinə daxil idi:
A) İndiki Azərbaycan və Gürcüstanın əraziləri
B) Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikasının bəzi rayonları
C) İndiki Azərbaycan Respublikasının bəzi cənub rayonları və Alazan vadisi
D) Cənubi Azərbaycan və Dağıstanın cənub rayonları
E) İndiki Azərbaycan Respublikasının ərazisi, Cənubi Dağıstan və Alazan vadisi
4. “Alban tarixi” əsərinin tədqiqi kimə məxsusdur?
A) Ter – Qriqoryan və F. Məmmədova
B) F. Buzand və M. Qoş
C) K. Qanzakesi və S. Sparpet
D) M. Xorenasi və Yeqişe
E) Vardapet və Sebeos
5. Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməkdə məqsədi:
A) Hindistandan Qara dəniz sahillərinə gedən ticarət yolunu ələ keçirmək
B) Misiri və İran körfəzini ələ keçirmək
C) Şimal vilayətlərini zəbt etmək
D) Dərbənd istiqamətində hücumları davam etdirmək
E) Xəzər dənizindən Qara dənizə ticarət yolunu ələ keçirmək
6. Yaloylutəpə qəbirləri hansı dövrə aid edilir:
A) e. ə IV – I
B) e. I – III
C) e. ə IV – III
D) e. ə IV – e. III
E) e. III – VII
7. Yaloylutəpə arxeoloji mədəniyyətinin ilk tədqiqi nə vaxt olmuşdur?
A) 1949 - 1950 - ci illər
B) 1926 - cı il
C) 1963 - cü il
D) 1968 - ci il
E) 1928 - 1930 - cu illər
8. Katakombal qəbirlərinin ən yaxşı nümunəsi haradan üzə çıxarılmışdır?
A) Mingəçevir
B) Şamaxı
C) Qəbələ
D) İsmayıllı
E) Xınıslı
9. Pompeyi yenidən albanlara qarşı yürüş etməyə məcbur etdi:
A) Albanların romalıları izləyərək təhlükəli vəziyyət yaratması
B) Albanların xəracı az verməsi
C) Albanların şimal tayfaları ilə ittifaqa girməsi
D) Albanların İran qoşunları ilə apardığı danışıqlar
E) Albanların özlərinə həddindən artıq arxayın olmaları
10. E. ə. 66 - cı ildə Roma və Alban qoşunları arasında vuruşmanın nəticəsi:
A) albanlar xərac ödəməyi öz öhdələrinə götürdülər
B) albanlar qalib gəldilər
C) albanlar döyüş meydanını tərk etdilər
D) döyüş nəticəsiz qaldı
E) Romalılar qalib gəldilər
11. Albaniyanın paytaxt şəhəri olmuşdur:
A) Qəbələ
B) Qazaka
C) İzirtu
D) Dəbil
E) Şamaxı
12. Qobustan qayaüstü təsvirlərin ən qədimləri bağlıdır:
A) cadugərliklə
B) ov səhnələri ilə
C) dəvə karvanları ilə
D) taxıl biçini ilə
E) əyləncə oyunları ilə
13. Sasanilər dövründə Qafqaz Albaniyasında şərti feodal torpaq sahibliyi forması:
A) xostak
B) iqta
C) dastakert
D) mülk
E) soyurqal
14. Amid döyüşündə Alban hökmdarı kim idi?
A) Urnayr
B) I Yezdəgird
C) II Yezdəgird
D) I Cəsur Vaçaqan
E) II Vaçe
15. Qədim müəlliflər Albanların hansı sənətlə məşğul olduqlarını göstərmişlər:
A) toxuculuq
B) əkinçilik
C) maldarlıq
D) balıqçılıq
E) üzümçülük
16. Qobustandakı Böyükdaş dağında döyülmüş yazı hansı dildədir?
A) şummer
B) yunan
C) türk
D) latın
E) akkad
17. K. V. Trever Albaniyanın coğrafi adları barədə hansı nəticəyə gəlmişdir?
A) İran, Qafqaz və Türk mənşəlidirlər
B) İran və türk mənşəlidirlər
C) Qafqaz mənşəlidirlər
D) Qafqaz və türk mənşəlidirlər
E) Türk mənşəlidirlər
18. I əsrə aid edilmiş əl dəyirmanı harada tapılmışdır?
A) Xınıslıda
B) Sarıtəpədə
C) Yaloylutəpədə
D) Torpaqqalada
E) Katakomba qəbirlərində
19. Urnayra aiddir:
1 - müstəqil siyasət yeritmişdi
2 - Albaniyadan hunları qovmuşdu
3 - Dərbənddə «Dəmir qapı»nı tikdirmişdi
4 - Sasani dövlətinin müttəfiqi idi
5 - Xristianlığa qəbul etmişdi
A) 4, 5
B) 2, 3
C) 2, 5
D) 1, 4
E) 1, 3
20. Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməkdə məqsədi:
1 - Xəzər dənizinin sahillərini tutmaq
2 - Həmin dövlətləri özünə müttəfiq etmək
3 - Albaniya ərazisindən keçərək kaspi tayfalarını özünə tabe etmək
4 - Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək
5 - Kəşfiyyat xarakterli idi
A) 3, 5
B) 4, 5
C) 2, 4
D) 1, 4
E) 2, 3
21. Xronoloji ardıcıllığı müəyyən edin.
1 - Albaniyada feodal münasibətlərin yaranması
2 - Makedoniyalı İsgəndərin pullarına oxşar yerli gümüş pulların kəsilməsi
3 - İlk dəfə su dəyirmanlardan istifadə edilməsi
A) 2, 3, 1
B) 1, 2, 3
C) 3, 2, 1
D) 2, 1, 3
E) 3, 1, 2
22. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Albaniyanın Romadan asıılığı qəbul etməsi
2 - Sarmat - alan tayfalarının Albaniyaya yürüşü
3 - Roma imperatoru Domisianın adı ilə bağlı kitabənin tarixi
A) 1, 2, 3
B) 3, 2, 1
C) 1, 3, 2
D) 2, 3, 1
E) 3, 1, 2
23. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Arşakilər sülaləsinin hakimiyyət dövrü
2 - Sasani mərzbanlığı dövrü
3 - Mehranilər sülaləsinin hakimiyyət dövrü
A) 1, 2, 3
B) 3, 1, 2
C) 2, 3, 1
D) 3, 2, 1
E) 2, 1, 3
24. Sanatürk Albaniyada hansı siyasəti yürüdürdü?
1 - Xristianlığın Albaniyada yayılmasının qarşısını almaq
2 - Hunlara rəhbərlik etmək
3 - Albaniyanın müstəqilliyini qorumaq
4 - Paytakaran vilayətini Albaniyadan ayırmaq
5 - Romanın işğalçılıq niyyətlərinə qarşı çıxmaq
A) 1, 3, 5
B) 1, 2, 4
C) 2, 4, 5
D) 3, 4, 5
E) 1, 2, 5
25. Ərəblərin işğalından sonra Albaniya necə adlandı?
1 - Arran
2 - Muğan
3 - Şirvan
4 - Azərbaycan
5 - Albaniya
A) 1, 4, 5
B) 2, 3, 4
C) 2, 3, 5
D) 1, 2, 3
E) 3, 4, 5
Dostları ilə paylaş: |
|
|