##num=2// level= 1// sumtest=21 // name=Erməni mənbələri Albaniya haqqında//
1. F. Məmmədovanın “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası “əsəri hansı problemləri əhatə edir?
A) Albaniyanın tarixi coğrafiyası və abidələri
B) Mənbəşünaslığı və təsərrüfatı
C) dini görüşləri
D) Siyasi tarix və əkinçilik
E) Feodal münasibətlər, siyasi tarix, ideologiya
2. Bunlardan hansı Qəbələnin antik dövrünü öyrənir?
A) Xınıslı
B) Çaqqallı arxeoloji abidəsi
C) Səlbir
D) Xurşud təpəsi
E) Torpaqqala
3. Arxeoloji tədqiqatlar nəticəsində Albaniyada daha yaxşı öyrənilmişdir?
A) yaşayış yerləri
B) qəbir abidələri
C) məbədlər
D) katakombalar
E) sənətkarlıq məmulatları
4. E. ə. I əsrdə Cənubi Qafqaz uğrunda mübarizə aparan dövlətlər:
A) Albaniya, Roma
B) Roma, Parfiya
C) Parfiya, Atropatena
D) Roma, Atropatena
E) Bizans, Roma
5. Strabonun məlumatına görə albanlar qərbdə kimlərlə həmsərhəd idi?
A) Kür çayı ilə
B) Sarmatlarla
C) Qafqaz dağları ilə
D) iberlərlə
E) Xəzər dənizi ilə
6. Ardıcıllığı düzün:
A) arranilər, sasanilər, mehranilər
B) arşakilər, mehranilər, arranilər
C) arranilər, sasanilər, arşakilər
D) sasanilər, mehranilər, arşakilər
E) arranilər, arşakilər, mehranilər
7. II Vaçenin xristianlığı qəbul etməkdə məqsədi:
A) yerli əhalini öz tərəfinə çəkmək
B) erməni və Bizansla ittifaqa girmək
C) öz mövqeyini möhkəmləndirmək
D) Sasani tabeçiliyindən çıxmaq
E) Albaniyanın daxili müstəqilliyini qorumaq
8. II Vaçenin atəşpərəstlikdən imtina etməsinin nəticəsi necə oldu
A) müstəqillik verildi
B) öldürüldü
C) hakimiyyətdən əl çəkdi
D) yerli əhalini öz tərəfinə çəkə bildi
E) Qafqaz tayfaları ilə birləşdi
9. Mehranilər sülaləsinin hökmranlığı dövrü:
A) VI əsrin əvvəlləri
B) VI əsrin sonları
C) VII əsrin II yarısı
D) VIII əsrin əvvəlləri
E) VII əsrin əvvəlləri
10. Kəndlinin xüsusi mülkiyyətinə nə daxil idi?
A) əmək alətləri, dini torpaqlar
B) mal – qara, becərdiyi torpaq
C) həyətyanı torpaq, əmək alətləri
D) həyətyanı torpağı, becərdiyi məhsullar
E) becərdiyi məhsullar,evi
11. Mehranilər Albaniyada neçə il hakimiyyətdə oldular?
A) 154
B) 133
C) 76
D) 159
E) 250
12. 450 - 451 - ci illər Sasanilərə qarşı baş vermiş üsyanlarda iştirak etmiş Sasani şahı:
A) II Şapur
B) III Yezdəgerd
C) II Şapur
D) I Qubad
E) II Yezdəgerd
13. 387 - ci ildə Roma ilə Sasanilər arasında bağlanmış sülh müqaviləsinə əsasən:
1 - Albaniya ərazisi Roma ilə Sasanilər arasında bölüşdürüldü
2 - Albaniya Dzirav döyüşündə itirdiyi vilayətləri geri qaytardı
3 - Van gölü sahilindən qərbdə yerləşən kiçik erməni çarlığı süqut etdi
4 - Albaniya Amid döyüşündə itirdiyi vilayətləri geri qaytardı
A) 2, 4
B) 1, 2
C) 3, 4
D) 2, 3
E) 1, 3
14. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Dərbənd səddinin tikintisinə başlanması
2 - Albaniyada xristianlığın rəsmi dinə çevrilməsi
3 - “Kitabi - Dədə Qorqud” dastanının formalaşması
4 - Albaniyada Arşakilər sülaləsinin başa çatması
A) 2, 1, 4, 3
B) 1, 2, 3, 4
C) 2, 1, 3, 4
D) 4, 3, 2, 1
E) 3, 4, 1, 2
15. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Ərəblər tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulması
2 - Albaniyada uzun müddətli Sasani mərzbanlığı dövrünün başa çatması
3 - Mehranilər sülaləsinin əsasının qoyulması
4 - I Cəsur Vaçaqanın Albaniyanın bütün vilayətlərini birləşdirməsi
A) 4, 3, 2, 1
B) 2, 4, 3, 1
C) 1, 2, 4, 3
D) 4, 2, 3, 1
E) 3, 2, 1, 4
16. Uyğun variantı tapın.
I. Albanlar qərbdə həmsərhəd idi.
II. Albaniyaya axın edən ilk türk tayfası
III. Albaniyada hakimiyyətdə olan sülalə
IV. Albaniyada yaşayan tayfalar
1 - Iberlər
2 - Kimmerlər
3 - Arranilər
4 - Kaspilər
A) I - 1, II - 2, III - 3, IV - 4.
B) I - 4, II - 3, III - 2, IV - 1.
C) II - III, III - IV, II - 1, I - 2.
D) IV - 1, III - 2, II - 3, I - 4.
E) III - 1, II - 2, I - 4, IV - 3.
17. Uyğunluğu müəyən edin:
1 - Vergilər məhsulun həcminə görə deyi, torpağın sahəsinə görə alındı.
2 - bu torpaq mülkiyyətini satmaq, bağışlamaq olmaz.
3 - Bu torpaqlar ümumi istifadə üçün müəyyən edilib.
4 - Bu torpaqları satmaq, bağışlamaq olar.
5 - Bu torpaqların gəliri birbaşa xəzinəyə daxil olurdu.
a - Vəqf
b - mülk
c - İqta
d - Camaat
e - Əməvilər
f - Divan
A) 1 - a, 2 - b, 3 - c, 4 - f, 5 - e
B) 1 - e, 2 - a, 3 - d, 4 - b, 5 - f
C) 1 - b, 2 - c, 3 - f, 4 - d, 5 - a
D) 1 - c, 2 - a, 3 - e, 4 - f, 5 - b
E) 1 - d, 2 - e, 3 - b, 4 - a, 5 - c
Dostları ilə paylaş: |