Kafedra: " İctimai Elimlər" Fənn


Meteoroloji fövqəladə hadisələr



Yüklə 480,66 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü480,66 Kb.
#112798
1   2   3   4   5
Xədicə MM

Meteoroloji fövqəladə hadisələr: - 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa; Qasırğa (Tufan) - çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir. Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii hadisələrdən biridir. Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və yağışsız havada əsən küləklər isə tayfun adlanır.

İldırım – bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və çox güclü səslə müşayiət olunur. İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və hətta yana bilər. Ağacın parçalanmasına səbəb ağacın daxilindəki nəmişliyin ani olaraq, buxarlanması nəticəsində baş verir. İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada ildırım vurmasından təxminən 3000 insan həlak olur. İldırım zərbəsi adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin ən aşağı səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə bulud topası arasında məsafə azdırsa, deməli elektrik müqaviməti də aşağıdır. Buna uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan obyektə (ağac, dirək və s.) dəyir. Tufan və ildirim baş verdiyi zaman tədbirlər: İldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə olunsun.

Yüklə 480,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin