Kafedra : İQTİsadi HÜquq iXTİsaslaşma : İQTİsadi HÜquq kurs iŞİ



Yüklə 1.02 Mb.
səhifə1/3
tarix29.06.2018
ölçüsü1.02 Mb.
  1   2   3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

FAKULTƏ : İQTİSADİYYAT VƏ SƏNAYE

KAFEDRA : İQTİSADİ HÜQUQ

İXTİSASLAŞMA : İQTİSADİ HÜQUQ

KURS İŞİ

MÖVZU : MÜLKİYYƏT HÜQUQUNUN ANLAYIŞI VƏ ONUN TƏRKİBİ

KURS : III

QRUP: 102-3

TƏLƏBƏ : Əzimov Xəyal Vidadi oğlu

ELMİ RƏHBƏR : dos. İsayev S.Z.

BAKI - 2014

MÜNDƏRİCAT

Giriş .............................................................................................................................. 3

Mülkiyyət və mülkiyyət hüququ .................................................................................. 4

Mülkiyyət hüququnun anlayışı ................................................................................... 10

Mülkiyyət hüququnun tərkibi ..................................................................................... 13

Mülkiyyət hüququnun forma və növləri...................................................................... 18

Nəticələr və təkliflər ................................................................................................... 28

İstifadə olunmuş ədəbiyyat ......................................................................................... 29



GİRİŞ

Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür. Torpaq üzərində mülkiyyət hüququ xüsusilə bu hüququn inkişafına böyük təsir göstərmişdir.

Roma hüquqşünasları mülkiyyət hüququnun dəqiq tərifini verməmişdilər. Mülkiyyətə sadəcə olaraq, şəxs (mülkiyyətçi) olmayan və ya dövriyyə qabiliyyətli hər cür əşya kimi baxılırdı. Onlar yalnz mülkiyyət hüququnun məzmununu (elementlərini), yəni mülkiyyətçinin səlahiyyətlərini müəyyən etmişdilər. Mülkiyyətçinin özünə məxsus əşya barəsində aşağıdakı hüquqlara malikdir: əşyadan istifadə hüququ; əşyadan gəlir, bəhər almaq hüququ; sərəncam hüququ.

Roma hüququ mülkiyyət hüququnun, elementlərinin, yəni mülkiyyətçinin ayrı-ayrı səlahiyyətlərinin siyahısını qəti olaraq müəyyən etmirdi. Bu onunla əlaqədar idi ki, Roma hüququna görə, mülkiyyətçi ona məxsus olan əşya barəsində qanunla birbaşa qadaan olunmayan hər şey edə bilərdi.

Belə təsəvvür yaranır ki, Roma hüquqşünasları vahid mülkiyyət anlayışı, mülkiyyət hüququ sahəsində dəqiq hüquqi termin işləyib hazırlamasalarda, onların mülkiyyət hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir qanunvericiliyin prinsipial əsasını təşkil edir.

Dünya hüquq mədəniyyətinin ilkin mənbələrindən olan Roma hüququnda mülkiyyət barədə hazırlanan müddəalar bütün hüquq sistemləri, o cümlədən Azərbaycan Respublikasınin mülki hüququ tərəfindən qəbul ediulmişdir.

Bütün hüquq sistemlərində biz mülkiyyət hüququna anlayış verməsinə rast gələ bilərik. Bu anlayışlar bir-birini istisna etmir. Əksinə onlar bir-birini tamamlayaraq, mülkiyyət hüququ kimi vacib hüququ fenomenin mahiyyətinin aydınlaşdırmasına imkan verir. Həmin fenomenə bizdə doktrinal (elmi) anlayış veririk.

Beləliklə, mülkiyyət hüququ dedikdə elə bir subyektiv hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun barəsində sərəncam səlahiyyətini ifadə edir, bu səlahiyyətlərin başqa şəxsə verilə bilməsini, əmlakdan girov kimi və ya başqa üsulla ifadə edilə bilməsini, əmlakı mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verilə bilməsini, habelə əmlak barəsində qanuna zidd olmayan istənilən hərəkətlər edilməsini təmin edir. Mülkiyyətçi bu hüquq əsasında əmlakdan hər hansı sahibkarlıq, təsərrüfat fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər.

1. Mülkiyyət və mülkiyyət hüququ

1.1 Mülkiyyət hüququnun hüquqi anlayışı.

İqtisadi kateqoriya olan mülkiyyət və mülkiyyət hüququ kimi anlayışlar bir birindən fərqlənir. Bunlar üst-üstə düşməyən və bir-birinə tam uyun gəlməyən anlayışlardır. İqtisadi kateqoriya olan mülkiyyətin mülkiyyət hüququna nisbətən tarixi daha əzəldir.

İqtisadi kateqoriya kimi mülkiyyət insan cəmiyyəti ilə bərabər yaranmışdır. Mülkiyyət iqtisadi münasibətləri hələ ibtidai icma qurluşunda dövlət və hüququn olmadığı bir zamanda mövcud olmuşdur. Dövlət və hüququn meydana gəlməsi ilə cəmiyyətdəki mülkiyyət iqtisadi münasibətlərin hüquqi cəhətdən ifadə edilməsinə və möhkəmləndirilməsinə, mülkiyyətçinin mənafeyinin hüquqi mühafizəsinə zərurət yaranmışdır.

Mülkiyyət iqtisadi münasibətləri mülkiyyət hüququ ilə hüquqi cəhətdən qorunur və möhkəmləndirilir. Bu münasibətlər hüquq normaları ilə tənzimlənməklə mülkiyyət hüququ forması alır. Daha dorusu, mülkiyyət hüququ iqtisadi kateqoriya olan mülkiyyəti hüquqi cəhətdən rəsmiləşdirir və ifadə edir.



1.2 Obyektiv mənada mülkiyyət hüququ.

Mülkiyyət hüququ anlayışı iki mənada işlədilir: obyektiv mənada mülkiyyət hüququ; subyektiv mənada mülkiyyət hüququ;



Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Obyektiv mənada mülkiyyət hüququ mülkiyyət hüququ institutu ilə əhatə olunur. Məhz bu baxımdan mülkiyyət hüququ mülki hüquqa tərkib hissəsi kimi daxil olan hüquq institutu rolunda çıxış edir.

Mülkiyyət hüququ hər hansı hüquq sistemində əsas və mərkəzi hüquq institutu hesab edilir. Bu institutu xüsusi hüququn özək institutu saymaq olar. Belə ki, mülkiyyət hüququ institutu xüsusi hüququn bütün digər institutlarının xarakterini şərtləndirir. Mülkiyyət hüququnun normaları bu və ya digər dərəcədə ailə, öhlik, vəlik hüququna və digər sarə təsir gösrir. Xüsusən bu normaların öhdəlik hüquq normaları ilə əlaqəsi daha sıxdır. Belə ki, mülkiyyət iqtisadi münasibətlərinin obyekti olan əşyaya sərənjam verilməsi yalnız dinamik xarakterli münasibətlərə, ilk növbədə öhdəlik münasibətlərinə (məsələn, kirayə, icarə, borc, kredit və digər münasibətlərə) girməklə gerçəkləşdirilir ki, bu münasibətlər öhdəlik hüquq normaları ilə nizamlanır. Söhbət əşyaya sərənjam verilməsi formasında edilən iradəvi hərəkətlərdən, yəni alqı-satqıdan, bağışlamadan və digər aktlardan gedir. Vəsiyyət yolu ilə mülkiyyətçi əmlaka sərənjam verərsə, həmin əmlakın vərəsələrə keçməsi prosesi vərəsəlik hüquq normaları ilə qaydaya salınır.

Mülkiyyət münasibətlərini nizama salan mülki hüquq normalarının birləşməsi mülkiyyət hüququ institutunu yaradır. Bu institutun əsasını şəxslərin mülkiyyət hüququnu təsbit edən, mülkiyyətin heç bir növünə üstünlük verilməməsini təmin edən, mülkiyyət hüququnun qanunla qorunmasını müəyyənləşdirən Konstitusiyanın 29-cu maddəsində ifadə olunmuş prinsipial müddəa təşkil edir. Mülkiyyət hüququ institutunda jəmləşən normalar MM-in mülkiyyət hüququnun ümumi müddəaları adlı 6-cı fəslində, habelə 7-ci, 8-ci, 9-cu, 10-cu fəsillərində (152-ci-249-cu maddələr) qruplaşdırılmışdır.

Mülkiyyət hüququ obyektiv mənada kompleks (çoxsavi) xarakterə malik olan hüquq institutudur. Daha doğrusu, o, qarışıq, mürəkkəb və ya sahələrarası institut kimi çıxış edir. Bu instituta mülki hüquq normaları ilə bərabər, həm də konstitusiya, inzibati və cinayət hüququnun müəyyən etdiyi qaydalar daxildir. Həmin normalar içərisində mülki hüquq normaları daha mühüm rol oynamaqla nisbətən üstünlüyə malikdir. Əgər mülkiyyət münasibətlərinə toxunan normalar mülki-hüquqi xarakter daşıyarsa, belə halda söhbət yalnız mülki hüquq institutu olan mülkiyyət hüququndan gedə bilər.

Mülkiyyət münasibətlərini nizama salan mülkiyyət hüquq institutuna daxil olan normaların xarakter və məzmunu cəmiyyətdə hakim olan iqtisadi və istehsal münasibətləri ilə müəyyən edilir. Başqa sözlə desək, əsasını müəyyən mülkiyyət tipi təşkil edən istehsal üsulları mülkiyyət hüququ institutunun xarakterini şərtləndirir.

Beləliklə, obyektiv mənada mülkiyyət hüququ dedikdə, maddi nemətrə yilənməklə əladar yaranan münasibətri tənzimyən və qoruyan, habelə mülkiyyətçinin əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüququnu təmin edən hüquq normalanın sistemi başa düşülür.

Mülkiyyət hüquq institutunun məzmunu və xarakteri mülkiyyətin tipi ilə müəyyən edilir. Onlar arasında sıx qarşılıqlı əlaqə mövcuddur.

Mülkiytin tipi hüquqi yox, iqtisadi kateqoriyadır. Belə ki, mülkiyyət iqtisadi münasibətləri istehsalın üsullarını formalaşdırır, mülkiyyətin tipini ifadə edir. Mülkiyyətin tipi istehsal münasibətləri ilə müəyyən edilir.

Hər bir cəmiyyətdə mövcud olan istehsal üsullarına uyğun gələn müvafiq mülkiyyət tipi vardır. Tarixən mülkiyyətin aşağıdakı tipləri fərqləndirilir: ilkin ibtidai ijma mülkiyyət tipi; quldarlıq mülkiyyət tipi; feodal-təhkimli mülkiyyət tipi; kapitalizm mülkiyyət tipi. Yaxın vaxtlara kimi xüsusi olaraq sosialist mülkiyyət tipi də ayrılmışdı. Sosialist birliyinə daxil olan dünya ölkələrinin heç birində həqiqi sosializm qurulmadığına görə bu mülkiyyət tipi tarixin səhnəsindən silinmişdir.

İbtidai cəmiyyətdə dövlət və hüquq olmamışdır. Bu cəmiyyətdə yaranan mülkiyyət münasibətləri hüquq normaları ilə yox, sosial normalarla tənzimlənirdi. Ona görə də ibtidai cəmiyyətdə mülkiyyət hüququ anlayışından danışmaq olmaz. Mülkiyyət hüququ institutunun əmələ gəlməsi yalnız dövlət və hüququn mövcud olduğu cəmiyyətlə bağlıdır.

1.3 Subyektiv mənada mülkiyyət hüququ.

Mülkiyyətin hüquqi məzmununun müəyyən edilməsində əsas anlayışlardan biri subyektiv mənada mülkiyyət hüququ sayılır. Subyektiv mənada mülkiyyət hüququ həmişə müəyyən bir şəxsə məxsus olmaqla konkret əmlaka aid edilir. Bu hüquq yalnız müəyyən hüquqi faktlar olduqda əmələ gəlir. Subyektiv mülkiyyət hüququnun əmələ gəlməsini şərtləndirən hüquqi faktlara misal olaraq yeni əşyanın hazırlanmasını, alqı-satqı müqaviləsini, miras əmlakın qəbul edilməsini və s. göstərmək olar.

Subyektiv mənada mülkiyyət hüququ subyektiv mülkiyyət hüququnu ifadə edir ki, buna MM-in 152-ci maddəsində anlayış verilmişdir. Bu maddəyə görə, mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz isdiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət təfindən tanan və qorunan hüquqları başa düşülür.

Subyektiv mənada mülkiyyət hüququ izah edilərkən subyektiv mülki hüququn ümumi anlayışından istifadə etmək lazımdır. Bununla bərabər, subyektiv mülkiyyət hüququ həm də spesifik xüsusiyyətlərə malikdir.

Subyektiv mülkiyyət hüququnun birinci xüsusiyti ondan ibarətdir ki, bu hüquq mütləq xarakterə malikdir. Bu, onu ifadə edir ki, səlahiyyətli şəxs olan mülkiyyətçiyə qarşı subyektiv mülkiyyət hüququnu pozmamağa borclu olan qeyri-müəyyən sayda şəxslər («hamı və hər kəs») durur. Səlahiyyətli şəxs (mülkiyyətçi) istədiyi kimi öz mənafeyi naminə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüquqlarını həyata keçirə bilər. Borclu şəxslər isə (dairəsi müəyyən edilməyən) bu hüquqların gerçəkləşdirilməsinə maneçilik edən, əngəl törədən hərəkətlər etməmək vəzifəsini daşıyırlar. Müəlliflərin əksəriyyəti subyektiv mənada mülkiyyət hüququna mütləq mülki hüquq münasiti kimi baxırlar. Almaniya hüquq doktrinasında da mülkiyyət hüququ mütləq hüquq kateqoriyasına aid edilir.

Subyektiv mülkiyyət hüququnun ikinci xüsusiyti ondan ibarətdir ki, o, əmlak xarakterinə malikdir. Bu hüququn iqtisadi məzmunu maddi dünyanın predmetləri ilə əlaqədardır. Əmlak xarakterli mülkiyyət hüququnu əqd (məsələn, alqı-satqı, bağışlama və digər müqavilələr) bağlamaq, vərəsəlik yolu ilə özgəninkiləşdirmək olar.



Subyektiv mülkiyyət hüququnun üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquq əşya hüququdur. Mülkiyyətçinin mənafeyi əşyaya qarşılıqlı təsir göstərmək yolu ilə onun faydalı xüsusiyyətri hesana təmin edilir. O, borclu şəxsin rağı olmadan əşyaya sahiblik, əşyadan istifadə etmək və onun basində sərənjam vermək səlahiyyətrini həyata keçirir.

Əşya hüququ ilə mülkiyyət hüququ arasındakı əlaqə cins və növ arasındakı münasibət kimidir. Hər bir mülkiyyət hüququ əşya hüququdur, amma hər bir əşya hüququ mülkiyyət hüququ hesab edilmir. Mələn, məhdud əşya hüquqları (girov hüququ, servitut hüququ, superfitsi hüququ və s.) əşya hüququ kateqoriyana aid edilir, anjaq mülkiyyət hüququ sayılmır. Mülkiyyət hüququ ilə məhdud əşya hüququ arasındakı əlayə gəldikisə qeyd etmək lazımdır ki, mülkiyyət hüququ şahmatdakı vəzirə oxşayır.

Subyektiv mülkiyyət hüququ vaxt və zaman kateqoriyası ilə məhdudlaşmır. Mülkiyyət hüququ müddətsiz hüquqdur. Belə ki, mülkiyyət hüququ son müddət ideyasını qəbul etmir: müvəqqəti mülkiyyət mövcud deyil. Bu, onun dördüncü xüsusiytidir. Qanun subyektiv mülkiyyət hüququnun qüvvədə olma müddətini müəyyən etmir. Başqa sözlə desək, mülkiyyətçi əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüquqlarını müddətdən asılı olmadan həyata keçirmək imkanına malikdir. Bu, o deməkdir ki, mülkiyyət hüququ ekstinktiv müddəti (mövcud olma və ya ləğv olunma müddətini) tanımır. Bunlardan əlavə, mülkiyyət hüququnun müddətsiz xarakterə malik olması həm də onda ifadə edilir ki, o, hər hansı müddətlə məhdudlaşdırılmır. O mənada məhdudlaşdırılmır ki, mülkiyyət hüququnun obyekti, yəni əşya mövcud olana qədər mülkiyyət hüququ da mövcud olmaqda davam edir. Hətta mülkiyyətçinin ölümündən sonra da o, mövcud olmaqda davam edir və ləğv olunmur. Belə ki, əgər mülkiyyətçi ölərsə, bu zaman mülkiyyət hüququ vərəsəlik qaydasında mülkiyyətçinin vərəsələrinə keçir.



Mülkiyyət hüququ müstəsna hüquqlar daisinə aid edilən hüquqdur. Bu, onu ifadə edir ki, başqalarının yox, yalnız və yalnız mülkiyyətçinin öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkəti etmək hüququ vardır; belə hərəkəti başqaları yalnız mülkiyyətçinin icazəsi və razılığı ilə edə bilərlər; əgər mülkiyyətçinin razılığı və icazəsi olmadan onlar əşyadan istifadə və digər hərəkətlər edərlərsə, bu, hüquq pozuntusu sayılır. Yalnız mülkiyyətçinin ixtiyarı vardır ki, bütün üçüncü şəxslərin əmlaka etdiyi təsiri dəf etsin. Əşyaya müstəsna hüquqa malik olmaq həm də o deməkdir ki, bütün şəxslər («hamı və hər kəs») əşya barəsində mülkiyyətçinin iradəsi olmadan hər hansı hərəkət etməkdən çəkinməlidirlər. Bu, mülkiyyət hüququnun beşinci xüsusiytidir. Mülkiyyət hüququnun müstəsna hüquq olması mülkiyyətçinin, yəni mülkiyyət hüququnun sahibi olan şəxsin inhisarçığı deməkdir. Belə ki, mülkiyyət hüququ öz sahibi (mülkiyyətçi) üçün əmlakdan istifadə etmək və ondan fayda götürməkdə, əmlaka sərənjam verməkdə inhisarçılıq müəyyənləşdirir. Buna görə də mülkiyyət hüququ inhisar hüququ deməkdir. ABŞ mülki hüququna görə mülkiyyət hüququ mülkiyyətçinin əmlaka müstəsna sahiblik, əmlakdan müstəsna istifadə və onun üzərində müstəsna sərənjam vermək hüququnu ifadə edir.


Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə