Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ Yasamal Rayon İcra Hakimiyyəti haqqında hesabat qrup


Ərazi idarəetmə orqanları ilə iş şöbəsi



Yüklə 295,61 Kb.
səhifə4/17
tarix10.01.2022
ölçüsü295,61 Kb.
#109743
1   2   3   4   5   6   7   8   9   ...   17
Ərazi idarəetmə orqanları ilə iş şöbəsi. Ərazi idarəetmə orqanları ilə iş şöbəsi Rayon İcra Hakimiyyət başçısının rəhbərliyi ilə fəaliyyət göstərir və onun tapşırığını yerinə yetirir. Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin əsasnaməsində şöbənin yerinə yetirdiyi vəzifələri qeyd edilmişdir ki, bunlar aşağıdakılardan ibarətdir :

  • Rayon İcra Hakimiyyət strukturunda kadr təşkilatı – təlimat sahələrində qanunvericiliyə riayət olunmasının təmin edilməsi məqsədilə təklif və arayışların Rayon İcra başçısına təqdim olunması və başçının bu məsələlərlə əlaqədar verdiyi tapşırıq və göstərişlərin icra edilməsi.

  • Rayon İcra Hakimiyyət başçısının şöbələrdə iş planının tapşırıqlarına, göstərişlərinə və əsasnaməyə uyğun tərtib edilməsinə nəzarətin təmini.

  • Rayon İcar Hakimiyyət başçısına cari ilin yekunlara dair Rayon İcra Hakimiyyət başçı aparatında iş planının icra vəziyyətinə dair arayışın təqdim olunması.

  • Şöbələrdə hesabatların ümumiləşdirilərək Rayon İcra Hakimiyyətinin hesabatının aparılması və əsasnamənin 6-cı maddəsinin tələblərinə uyğun olaraq aidiyyatı üzrə təqdim olunması.

  • Əsasnamənin 7.2.8 maddəsinə əsasən seçkilərin ümumixalq səsvermələrinin və müzakirələrin keçirilməsini qanunvericilikdə müəyyən edilmiş qaydada təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmək üçün təkliflərin hazırlanması və təkliflərin həyata keçirilməsi və s.

Ümumi şöbə. Ümumi şöbənin əsasnaməsinə uyğun olaraq şöbənin yerinə yetirdiyi əsas vəzifələri aşağıdakılar daxildir :

  • Rayon İcra Hakimiyyəti başçı aparatının kargüzarlıq işini təşkil edir, aparatın fəalliyyəti üçün lazımi tədbirlər görür.

  • Şöbə aparatda kargüzarlığın aparılmasına; korrespandesiyaların qəbul olunması qaydasına əməl olunmasına, kargüzarlıq sahəsində aparatın şöbələrinə köməklik göstərilməsinə habelə sənədlərlə iş barədə müvafiq təlimatın yerinə yetirilməsinə nəzarəti həyata keçiririr.

Ümumi şöbənin funksyalarına aşağıdakılar daxildir :

  • İcra Hakimiyyətinə daxil olan , göndərilən sənədləri qəbul edir, qeydə alır, bölüşdürür və göndərir.

  • İcar Hakimiyyət başçısının verdiyi sərəncam və əmrləri qeydə alır

  • Yuxarı təşkilatların fərman, sərəncam və qərarlarını eyni zamanda Rayon İcra Hakimiyyətində qeydə edilən sərəncam və əmrlərin göstərilən vaxtda icraçılara çatdırılmasını təmin edir.

  • Vətəndaşların qəbvulunun qoyulmuş qaydada aparılmasına nəzarət edir.

  • İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan ərizə, təklif, şikayətləri qəbul edir, qeydiyyat keşirir və uşotunu aparır, baxılması üçün rəhbərliyə təqdim edir.

  • Vətəndaşların müraciətlərinə təyin olunan vaxtda baxılmasını təmin edir.


Yüklə 295,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin