2010-cu ilin yanvar-dekabr ayları faktiki, min manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,faizlə
|
Sənaye məhsulunun ümumi həcmi
|
164454,1
|
121,1
|
Nəqliyyat sektorunda xidmətlərin həcmi
|
1751246,4
|
101,2
|
Rabitə xidmətlərinin həcmi
|
120850,0
|
62,7
|
Əsas kapitala yönəldilən investisiyalar
|
41733,9
|
138,4
|
Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işləri
|
41425,8
|
140,7
|
Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi
|
351819,1
|
109,5
|
Pərakəndə əmtəə dövriyyəsi
|
563318,8
|
103,0
|
Əhaliyə göstərilən pullu xidmət
|
465785,9
|
95,0
|
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat
(yanvar-avqust aylarında)
|
407,7
|
112,0
|
2010-cu ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 164454,1 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində məhsul istehsalının payı 50,3 faiz, xidmətlərin payı isə 49,7 faiz təşkil etmişdir.
Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 55,0 faiz, qeyri-dövlət sektorunun isə 45,0 faiz olmuşdur.
2010-cu ilin yanvar-dekabr aylarında istehlakçılara 164541,0 min manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. 2011-ci ilin yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 2619,1 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur. 2003-2010-cu illər arasındakı dinamikaya nəzər salaq:
Dostları ilə paylaş: |