Kafedra: Mehmanxana və Restoran biznesi


Tədqiqatın praktiki əhəmiyyəti



Yüklə 278,61 Kb.
səhifə3/15
tarix07.11.2022
ölçüsü278,61 Kb.
#119067
1   2   3   4   5   6   7   8   9   ...   15
Hacılı Rahul

Tədqiqatın praktiki əhəmiyyəti. Mövzu praktiki əhəmiyyət kəsb edir. Belə ki, apardığım bu təhlil istehsal müəssisələrində yoldaşlıq və cəmiyyətdə servis fəaliyyəti anlayışının mahiyyətinin, rolu və funksiyalarının dəqiqləşdirilməsinə, istehsal vasitələri dairəsində servis fəalliyyəti funksiyalarının fərqləndirilməsinə, yoldaşlıq və cəmiyyət müəssisələrinin servis fəaliyyətinin idarə edilməsinin təşkilati əsasları və təkmilləşməsi istiqamətlərinin öyrənilməsinə, mövcud problemlərin və görülən tədbirlərin acıqlanmasina səbəb olmuşdur.
Kurs işi 3 fəsil, müvafiq olaraq yarımbölmələrdən, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmaqla 32 səhifədən ibarətdir. Kurs işinin yazılmasında yerli və xarici mənbələrdən istifadə olunmuşdur.
I FƏSİL.
MÜƏSSİSƏ HAQQINDA ANLAYIŞ VƏ ONUN FORMALARI
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.
Müəssisə termini aşağıdaki üç termini özündə əks etdirir:

  • Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir;

  • Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri;

  • Maddi və fəal elementlərdən (texnika, sərmayə və işçilər) əmələ gələn bir istehsal vahididir.

Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsal edici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir.
Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir.
İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir.

Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin