Kafedra: Mehmanxana və Restoran biznesi


Blok 1 - müəssisənin əsas vəzifəsi - resursların formalaşdırıb, xasından ibarədir; Blok 2



Yüklə 278,61 Kb.
səhifə7/15
tarix07.11.2022
ölçüsü278,61 Kb.
#119067
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Hacılı Rahul

Blok 1 - müəssisənin əsas vəzifəsi - resursların formalaşdırıb, xasından ibarədir;

  • Blok 2 - daxil olan resurslar - əmək, maddi, maliyyə;

  • Blok 3 - resursların formalaşdırılmasından sonra nəticələrin əldə edilməsi - hazır məhsul, mənfəət, pul vəsaitləri;

  • Blok 4 - sosial mühit, müəssisəyə qarşılıqlı təsir göstərənlər dövlət, bələdiyyə orqanları, qanunvericilik;

  • Blok 5 - təbii mühit - təbii resursların, faydalı qazıntıların, hava, su və digər ehtiyat istehlakı;

  • Blok 6 - bazarla qarşılıqlı əlaqə, marketinq fəaliyyəti;

  • Blok 7 - daxil olan resurslarla nəticə göstəriciləri arasındakı nisbət müəssisənin iqtisadi fəaliyyətini, bütövlükdə müəssisənin iqtisadiyyatını formalaşdırır.

    Müəssisənin təsərrüfat fəaliyyətində bu və ya digər qərarların qəbul edilməsi üçün etibarlı informasiyalann toplanması və təhlil edilməsi zəruridir.
    Ona aşağıdakılar daxildir:

      • əmtəələrin xarakteristikası: son istehlak, aralıq məhsullar, hazır məmulatlar və ya yanmfabrikatlar aid edilir. Bundan əlavə servis xidmətinin zəruriliyi, qiymətin istehsalçılar üçün əlverişliliyi ön plana çəkilir;

      • bazarın ümumi xarakteristikası: çox və ya az saylı istehlakçıların olması, əmtəələrin alınması, qaytarılması, alıcılarm əmtəələrə olun münasibəti, daşınma şərtləri və müddəti, bazarda rəqabət aparan digər firmalann satış şərtləri;

      • əmtəələrin yayılma kanalın, istehsalçı və istehlakçılar arasındakı vasitəçilik mövcudluğu və onların miqdarı;

      • bazarın konkret vəziyyəti rəqabətin mahiyyəti və dərəcəsi əmtəə istehlakçıları arasında rəqabət mövcudluğu və onun hansı səviyyədə olması.

    1.3 Müəssisənin fəaliyyətinin tənzimlənməsində qiymətlərin rolu və funksiyaları.
    Planlı təsərrüfatçılıq şəraitində müəssisədə qiymətin səviyyəsi, istehsal xərcləri və rentabellik norması planlı qaydada müəyyənləşdirilirdi. Bazar münasibətləri şəraitində isə adları çəkilən bu göstəricilər müəssisə tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Lakin bütün bunlar müəssisələr üçün heç də asan başa gəlmir.
    Bazar münasibətləri şəraitində qiymət istehsalının ən mühüm tənzimləyicisi kimi çıxış edir və onun səviyyəsinə birbaşa təsir göstərir.
    Bundan əlavə qiymət vasitəsi ilə müəssisədə formalaşan mənfəətin həcminə, rəqabət mübarizəsinin xarakterinə və nəticələrinə təsir göstərilir.
    Qiymətin müəyyənləşdirilməsinin birinci variantı yalnız o halda tətbiq edilir ki, əmtəəni istehsal edən firma mövcud bazarda aparıcı olmaqla, onun təssərüfat-maliyyə fəaliyyətinin nəticələri rəhbərliyi tam təmin etsin. Bu variant mənfəəti istehsalçılar arasında kifayət qədər ədalətli şəkildə bölüşdürməyə imkan verir, çünki istehlakçıya qıtlıq təşkil edən məhsul təklif edilmir.
    Qiymətin müəyyənləşdirilməsinin ikinci variantında əsas həlledici amil əmtəələrə olan proqnozlaşdırılan tələb və məhsulun maya dəyəri hesab edilir.
    Müəssisənin əsas vəzifəsi aşağıdakı kimi müəyyənləşdirilir:

    • məhsul vahidinin maya dəyəri əvvəlcədən müəyyənləşdirilir;

    • müəssisə hansı həcmdə əmtəəlik məhsul istehsal etməlidir ki, real şəkildə mənfəətin əldə edilməsini təmin etsin.

    Vəzifələrin tamamilə əks formada müəyyənləşdirilməsi də mümkündür. Belə ki:
    - qiymətin hansı səviyyəsi seçilməlidir ki, məhsul satışı zərərli nəticələnməsin;
    - istehsal edilən məhsulun ehtimal edilən miqdarı və onun reallaşdırıldığı bazarın müəyyənləşdirilməsi.
    Qiymətin reallaşdırılmasının üçüncü variantı bazarda rəqabətin səviyyəsini nəzərə alır və tezliklə səmərəli nəticələrin eldə edilməsinə gətirib çıxarır. İstehsalçı bazarda rəqabət aparan firmanın qiymət dinamakasını öyrənir və rəqabət aparan firmalar tərəfindən anoloji məhsula qoyulacaq qiymətin səviyyəsi müəyyənləşdirilir. Bu zaman əsas diqqət xərclərin aşağı salınmasına və mənfəətin artırılmasına yönəldilir.

    Yüklə 278,61 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   ...   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin