>>> s = 'qaymaq'
>>> s
'qaymaq'
>>> s[2] = 'r'
Traceback (most recent call last):
File "", line 1, in
s[2] = 'r'
TypeError: 'str' object does not support item assignment
>>> s = s[0:2] + 'r' + s[3:]
>>> s
'qarmaq'
Misaldan göründüyü kimi s sətrinə “qaymaq” mətni mənimsədilir. Sonra ardıcıllıq kimi 2- ci hərfi dəyişmək istəsək səhv kimi qəbul edilir. İkinci hərfi dəyişmək üçün həmin yerə qədər olan kəsiyi, dəyişmək istədiyimiz qiyməti və həmin yerdən sonra gələn kəsiyi konkatenasiya etmək yolu ilə məqsədimizə çata bilərik. Misal dediyimiz üsulla s sətrindəki “qaymaq” sözü bir hərf dəyişilməklə “qarmaq” sözünə çevrilib. Beləliklə, aydın olur ki, sətirlərlə işləyən bütün üsullar (metodlar) yeni sətir yaradırlar. Ona görə də sonda onu dəyişənə mənimsətmək lazımdır. İndi isə sətirlər üçün digər funksiya və üsullarla (metodlarla) tanış olaq.
Dostları ilə paylaş: |