Ey ke dər peykar xodra baxte
Digərənra to zexod nəşnaxte
Yə᾽ni: Ey döyüşdə «öz»ünü uduzan! Sən...
Mövlananın, «ey özünü uduzan şəxs» deməkdən məqsədi «mən»liyi unutmaqdır. Bu da Qur᾽anın ifadələrindəndir. Qur᾽an buyurur: «Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradarlar.» Yə᾽ni ən böyük məğlubiyyət və uduzmaq insanın özünü uduzmasıdır.
Mövlana davamında belə deyir:
Ey ke dər peykar xodra baxte
Digərənra to zexod nəşnaxte
To be hər surət ke ayi biysti
Ke mənəm in, vəllah an to niysti.
Sonra dəlil gətirərək belə deyir:
Yek zəman tənha bemani to ze xəlq
Dər ğəmo əndişe mani ta be həlq.
Yə᾽ni: Əgər sən bir az camaatdan uzaq qalsan hülquma kimi qəm-qüssədə batarsan.
O, burada belə bir sual irəli sürür ki, sən məcburi şəkildə xəlvət və təklikdə qalmalı olduqda və yaxud öz xoşunla camaatdan ayrılaraq tək qalanda qorxuya düşərsən, ya yox? Kim on gün bir yerdə tək qalanda darıxaraq sıxıntı keçirmir? Tək adamlıq kamerada saxlanılmaq ən çətin həbslərdəndir, niyə? Çünki insan orada tək qalır. Mövlana deyir ki, sən əgər özünü taparaq dərk etsəydin belə vəziyyətə düşməzdin.
Dostları ilə paylaş: |