Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


«Sur çalınacağı gün [qəbrlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz



Yüklə 7,65 Mb.
səhifə13/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   9   10   11   12   13   14   15   16   ...   182
«Sur çalınacağı gün [qəbrlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz.

O gün göy qapı-qapı açılacaqdır [mələklərin yerə enməsi üçün göydə yarıqlar açılacaqdır].

Dağlar yerindən qopardılıb [havada toz kimi uçaraq] ilğıma dönəcəkdir.» (Nəbə᾽ 18-20).

Peyğəmbər və imamlar dəfələrlə deyiblər ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bə᾽ziləri qarışqa, bə᾽ziləri meymun, bə᾽ziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. Nə üçün? Allah-taala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət etmək olan şəxs məhşərə özünün həqiqi surəti, yə᾽ni əqrəb şəklində gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir. Hədisdə də deyilir ki, «insanlar qiyamət günü məhşərə niyyət, məqsəd istəklərinə uyğun, həqiqi xislət sifətləri ilə gətiriləcəklər

Siz bu dünyada necəsiniz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir yoxsa yırtıcı heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir? İstəkləriniz nə olsa siz həmin şeysiniz. Qiyamətdə də burada olduğunuz kimi məhşərə gətiriləcəksiniz. Buna görə də bizə Allah pərəstişindən başqa bütün pərəstişləri qadağan ediblər. Çünki nəyə pərəstiş etsək həmin şey oluruq. Pulpərəst olsaq pul bizim mahiyyət və vücudumuzun bir hissəsi olacaq. Bu pul, qiyamətdəki həmin əridilmiş filizdir. Qur᾽an, bu filizin pərəstişindən başqa bir işləri olmayan mövcudlara belə deyir:


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin