Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


Qusfənd əz bəraye çupan nist



Yüklə 7,65 Mb.
səhifə136/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   132   133   134   135   136   137   138   139   ...   182
Qusfənd əz bəraye çupan nist

Bəlke çupan bəraye xidməte ust.
Yə᾽ni: Qoyun çoban üçün deyil, çoban ona qulluq etmək üçündür.

«Varlı olan güclülər onlardan üstün insanların yaranmaları və insanın tərəqqi pillələrinə qədəm qoyması üçün bəslənilməlidirlər.»

Əcnəbilər, insan nəslinin yaxşılaşdırılması və onun soyunun islah edilməsi barəsində bə᾽zi söhbətlər ediblər və hətta Aliksis Karl «İnsan tanınmamış varlıqdır» kitabının axırında həmin nəzərə tabe olub. Həmin söhbətin xülasəsi budur ki, soylar islah edilməlidir. Onun fikrincə zəif insanlara nəsl artırmaq icazəsi verilməməlidir.

«Cammatın indiyə kimi tabe olduğu əxlaqi əsaslar güclülər və şərəfli sinfin xeyrinə deyil, ümumi kütlə və əksəriyyətin, yə᾽ni zəif sinfin xeyrinə olub. Buna görə də həmin əsasları bir-birinə vurmaq və şərəflilərin vəziyyət və mənafeylərinə uyğun əsaslar seçilməlidir.

Bu sözlərin mə᾽nası budur ki, Niçenin fikrincə, hamının tərəfdarlıq etdiyi yaxşılıq, düzlük və gözəllik kimi sifətlər həqiqi və mütləq deyildirlər. Həqiqət, hamının güc tərəfdarı olmasıdır.»

O, sonra dinlərə hücum edərək deyir ki, dinlər bəşəriyyətə xəyanət ediblər, çünki onlar insanları ədalətli olmağa və zəifləri himayə etməyə çağırıblar. Dinlərin mövcud olmadığı və meşə qanunlarının hökm sürdüyü dövr yaxşı olub, həmin vaxtlar güclülər özlərindən zəifləri yeyiblər və zəiflər məhv olaraq yoxa çıxıblar.

«Dünyanın işləri əvvəllər güclülərin istəklərinə uyğun imiş və həmin vaxtlar zəiflər güclülərin əlaltı və qulluqçuları olublar. Amma güclülər az, zəiflər isə çox olduqları üçün, onlar öz çoxluqlarından inkişafları üçün vasitə kimi istifadə ediblər, hiylə və hoqqabazlıqla mehribançılıq, başqalarını sevmək, ədalət və lütf kimi anlayışları zehnlərdə yaxşılıq, düzlük və gözəllik kimi canlandırıblar. Onlar bu yolla güclülərin qüvvələrini tarazlaşdırmaq və köləlikdən qurtarmağa nail olublar. Zəif təbəqə bu istək və hədəflərini dinlər vasitəsilə həyata keçirib, onların ətrafına Allah və haqq hasarları çəkiblər.»

Bu nəzəriyyə Karl Marksın nəzəriyyəsinin tam əks nöqtəsidir. Niçe də, Karl Marks da dinə qarşı olmuş adamlardandır. Amma Niçe özünü güclülərin tərəfdarı bildiyi üçün iddia edir ki, dini zəiflər güclülərin boyunlarına cilov salmaq məqsədi ilə ixtira ediblər. Digər tərəfdən də özünü zəiflərin tərəfdarı hesab edən Karl Marks isə deyir ki, dini güclülər zəiflərin üsyanlarının qarşısını almaq üçün ixtira ediblər.

«Xristian əxlaqı qul əxlaqıdır və bu ağalıq əxlaqını məhv edib. Bu gün dünyada yayılmış qardaşlıq dialoqu, bərabərlik, sülh, qadın və əkinçilərin hüquqlarına riayət edilməsi və bu kimi sözlər həmin mənşədəndir və onlar hiylə, yalan və uydurmadırlar. Bu əxlaq yoxsulluq, zəiflik və gerilik amilidir. Buna görə də həmin əsaslar dağıdılmalı və ağalıq həyat tərzi əsasları qurulmalıdır. Ağalıq həyat tərzinin əsasları nədir? Allah və axirət dünyası fikrini kənara qoymaq... və qəlbin mehribançılıq və riqqətinə son qoymaq lazımdır. Mehribançılıq acizlikdən, təvazökarlıq və tabeçilik alçaqlıqdan, həlimlik, hövsələ, güzəşt və göz yumma isə tənbəllik və süstlükdəndir. İgidlik və mərdlik xisləti seçilməlidir. İnsan, üstün insan mərhələsinə çatmalıdır. Üstün insan, pis və yaxşıdan üstün olan, əzm və iradəyə yiyələnmiş şəxs olmalıdır.»

Əcnəbilər arasında çoxlu məktəblər yaranıb. Xoşbəxtlikdən bizim aramızda belə məktəblər, yə᾽ni bu cür «vəbalar» tapılmayıb.

Avropalının ruhu budur. Onların insan hüququ barəsindəki bəyanları da başqalarını aldatmaq üçündür. Avropalının tərbiyəsi və onun həqiqi əxlaqı Makyaveli və Niçe əxlaqıdır. Müstəmləkəçilərin dünüyada gördükləri işlər bu fikirlərə əsaslanır və amerikalı və ya avropalılığından asılı olmayaraq əcnəbilərin ruhları müstəmləkəçilik və həmin Niçe əxlaqıdır. Onlar bizim yanımızda yalandan insan hüququndan dəm vururlar. Allaha and olsun ki, biz bədbəxtlər, bə᾽zən həmin sözləri çeynənib tüpürülmüş saqqız kimi ağzımıza alaraq təkrarlayırıq. Sizcə ABŞ-ın bu gün Vyetnamda gördüyü işlər Niçe fəlsəfəsinin həyata keçirilməsi deyilmi? (Ustadın bu söhbəti 26 il bundan qabaq olub). Bəli, onun bu günkü işləri Niçe fəlsəfəsinin eyni ilə icra edilməsidir və ondan başqa bir şey deyildir. Onlar insanlıq və humanistlikdən bu qədər dəm vururlar və biz də «Rassel belə dedi, Sarter elə dedi» deyib onların sözlərini təkrarlayırıq, amma bilin ki, onların fikirlərinin təməli həmin nəzəriyyədir. Bütün əcnəbi fikirlərinin əsas və kökü Niçe fəlsəfəsinə əsaslanır. Bəlkə də, onların arasında çox az adam tapmaq olar ki, belə fikrə malik olmasın, onların da şərq qanına malik olmaları ehtimalı vardır. Axtarsan görərsən ki, onun anası şərq torpaqlarından olub, çünki onların soyları belə deyil.

Niçe deyir:

«Nəfsi öldürmək nəyə lazımdır?! Nəfsi bəsləmək lazımdır. Başqalarına mehribançılıq və yaxşılıq nədir? İnsan özünü istəməli, özünə pərəstiş etməlidir. Zəif və acizi buraxmaq lazımdır ki, məhv olaraq aradan getsin və dünyada dərd-qəm azalsın... Üstün insan güclü olan, güc sayəsində yaşayan və öz nəfsani istəklərini tə᾽min edən şəxsdir.»

Bu, varlıq və kamalın son hədəfi olan üstün insanın tə᾽rifi idi. Niçe deyir ki, yaradılış onun üçündür və hər şey onun vücudu üçün müqəddimədir. İndi siz, Niçenin kamil insanının necə varlıq olmasına diqqət edin: ona heç nə mane olmamalıdır, o, əxlaq, rəhm, insanlıq, mürüvvət, mehribançılıq, ədalət və bu qismdən olan bütün şeyləri tərk edərək özünü onlardan təmizləməlidir.

«O, öz nəfsinin istəklərini tə᾽min etməlidir. özünü ağa və allah hesab etməlidir. Ağalıq yolunda qarşısına çıxan hər bir maneəni aradan götürməli, təhlükədən qorxmamalı, müharibə və döyüşdən çəkinməməlidir.»

O, sonra qadınlar barəsində danışaraq belə deyir:

«Kişi ilə arvadın bərabərliyi və qadınların hüquqlarının qorunmasının zəruriliyi də boş sözlərdəndir. Əsas kişidir. Kişi döyüşkən olmalıdır və qadın həmin döyüşkən kişi üçün baş qarışdırma və fərəhlənmə vasitəsi olmalı və dünyaya uşaq gətirməlidir.»

Bəli, Niçe deyir ki, qadın bu dünyaya kişi üçün başqarışdırma və fərəhlənmə vasitəsi olmaq və uşaq doğan maşın rolunu oynamaqdan başqa heç bir iş üçün gəlməyib.

Bu da, dünyada kamil, nümunəvi, ali və üstün insanı tanıtmaq üçün digər bir me᾽yardır. Amma bu, güc və qüdrət me᾽yarı ilə ölçülən üstün və kamil insandır. İndi qüdrət və güc məsələsi barəsində nə demək lazımdır?

Bu məktəbin müqabil nöqtəsi zəifliyi təbliğ edən məktəbdir. Zəiflik məktəbi yaxşılığı insanın zəif olmasında görür. Bəli, belə məktəblər olublar və indi də vardırlar. Xristianlıq əxlaqında zəiflik çox təbliğ edildiyi üçün bu irad xristianlığa daha çox tutulur. Əslində «sağ üzünə sillə vursalar, sol üzünü çevir» sözləri də zəifliyin təbliğidir.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin