BİRİNCİ FƏSİL İNSANIN RUHİ VƏ PSİXOLOJİ NÖQSANLARI
Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: «Səni insanlara imam tə᾽yin edəcəyəm» dedi. İbrahim isə «Nəslimdən necə?» – deyə soruşdu. Allah-taala onun cavabında: «(Sənin nəslindən olan) zalimlər Mənim imamlığıma nail olmazlar» – buyurdu.
Söhbətimizin mövzusu islam baxımından kamil insan barəsindədir. Kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və islami tə᾽lim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yə᾽ni onun mə᾽nəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli mə᾽lumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik. Əgər islamın nəzərdə tutduğu «kamil insan» simvolunu tanımasaq heç vaxt tam və kamil müsəlman ola bilmərik. Başqa sözlə desək, islam baxımından hətta nisbətən də olsa, kamil insan kimi dəyərləndirilmərik.
Dostları ilə paylaş: |