Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 7,65 Mb.
səhifə20/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   16   17   18   19   20   21   22   23   ...   182

2. XALQA XİDMƏT


İslam dininin təsdiq edərək yüksək qiymətləndirdiyi qəti və inkaredilməz insani dəyərlərdən biri də xalqa və Allah bəndələrinə xidmət etməkdir. İslam peyğəmbəri bu məsələyə çox tə᾽kid edib. Qur᾽ani-kərim həmkarlıq, başqalarına kömək etmək və insanların bir-birlərinə xidmət etmələri barəsində belə buyurur:

«Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba [Allahın nazil etdiyi bütün kitablara] və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda [və ya mal-dövləti çox sevməsinə baxmayaraq] malını [kasıb] qohum-əqrəbaya, yetimlərə, yoxsullara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə [ehtiyac, yaxud xəstəlik üz verdikdə] və cihad zamanı [məşəqqətlərə] səbr edənlərdir...» (Bəqərə-177).

Amma bə᾽zi vaxtlarda görürsən ki, Sə᾽di kimi bir şəxs özünün əməldə belə olmasına baxmayaraq, şe᾽r xatirinə belə deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyil.»

(Əlbəttə Sə᾽dinin bu şe᾽ri barəsində on birinci fəsildə izahlar veriləcək). Bə᾽ziləri ibadətin yalnız və yalnız xalqa xidmət olmasını deməklə, ibadətin dəyərini inkar etmək istəyirlər. Onlar bu sözləri ilə islamda insan üçün nəzərdə tutulmuş zahidlik, elm, cihad və bu kimi ali və böyük dəyərlərin hamısını inkar etməyə çalışırlar. Onlar deyirlər ki, insanlıq yalnız Allah bəndələrinə xidmət etmək deməkdir. Xüsusilə müasir ziyalıların bə᾽ziləri çox-çox ali məntiq əldə etiklərini güman edir və öz fikirləri ilə ali məntiq olan həmin işin adını insanlıq və insanpərvərlik qoyurlar. İnsanpərvərlik nədir? Onlar bu sualın cavabında deyirlər ki, insanpərvərlik xalqa xidmət etməkdir və biz Allahın yaratdığı bəndələrə xidmət edirik. Bizim onlara sözümüz budur: Əlbəttə, Allah bəndələrinə xidmət etmək lazımdır, amma həmin xalq nə olmaq istəyir? Əgər Allah bəndələrinin qarınlarını doyuzduraraq, əyinlərinə paltar geyindirsək onlar üçün ibtidai işləri, yə᾽ni heyvanlara lazım olan işləri görmüş oluruq. Əgər biz onlara yüksək qiymət verməsək və ümumiyyətlə, bütün dəyərləri xalqa xidmətdə məhdudlaşdırsaq və həmçinin nə bizdə və nə də başqalarında digər dəyərlər olmasa, Allah bəndələri bir dəstə at və qoyun misalında olarlar. Biz, bu işimizlə bir dəstə heyvanın qarnını doyuzdurub, əyninə paltar geyindirmiş oluruq. Əlbəttə insanın, heyvanları doyuzdurması da bir işdir. Amma məsələ burasındadır ki, görəsən insanın ən yüksək dərəcəsi heyvanlıq dərəcəsində qalmaq və «mən»im xidmətimin ən yüksək dərəcəsi özüm kimi heyvanlara xidmət etmək və onların xidmətlərinin də ən yüksək həddi özləri kimi heyvan olan «mən»ə xidmət etmələridir?! Xeyir, insana xidmət etmək, çox böyük və yüksək dəyərdir, amma insanın insan olması şərti ilə! Həmişə demişik ki, Lumumba da insandır, Musa da. Əgər məsələ xalqa xidmətdirsə, onların hər ikisi xalqın nümayəndələridir, bəs nə üçün onların arasında fərq qoyursunuz? Əgər məsələ xalqa xidmətdirsə, Müaviyə ilə Əbuzər arasında nə fərq var? Onların ikisinə də xidmət etmək lazım deyilmi?!

Deməli, insanlığın yalnız xalqa xidmət kimi qiymətləndirilməsi və onun, bundan başqa heç bir dəyərə malik olmamasını iddia etmək də ifrata varmaqdır.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin