3. AZADLIQ
Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mə᾽nəviyyətinin, yə᾽ni onun heyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıq dəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.
Bildiyiniz kimi, Əbu Əli İbni Sina təəssüflər olsun ki, bir müddət vəzir işləyib. Ona görə təəssüflər olsun deyirəm ki, o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu misilsiz iste᾽dadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.
«Alimlərin məktubu» kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib:
«İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bu lətif şe᾽ri zümzümə edən bir süpürgəçiyə sataşır:
Dostları ilə paylaş: |