Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


NƏHCÜL-BƏLAĞƏ KAMİLLİK KİTABIDIR



Yüklə 7,65 Mb.
səhifə25/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   21   22   23   24   25   26   27   28   ...   182

NƏHCÜL-BƏLAĞƏ KAMİLLİK KİTABIDIR


Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əli (ə)-ın sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yə᾽ni həzrət Əli (ə)-ın yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məs᾽udi özünün «Mürucuz-zəhəb» kitabında yazır: «İndi camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur.» Bütün bu tarixi dəlil və sənədləri görən bə᾽zi şəxslər «Nəhcül-bəlağə»nin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əli (ə)-ın xütbələri mövcud «Nəhcül-bəlağə»dəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.

Amma bütün bununla belə, «Nəhcül-bəlağə» necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam «Nəhcül-bəlağə»ni oxuyanda bə᾽zən İbni Sinanın, bə᾽zən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bə᾽zən Firdosi kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bə᾽zən isə guşənişin və yalqız abid, zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əli (ə)-da bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!

Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər «Nəhcül-bəlağə»nin hansı hissələrini oxuyurdular? Həmin vaxtlar adətən bu kitabdan yalnız iyirmiyə yaxın xütbə oxunurdu. özü də hansı xütbələr? Sırf zahidlik və axirət barəsindəki xütbələr! O zaman «Nəhcül-bəlağə»nin digər xütbələrindən xəbər yox idi və onlar bərəsində danışılmırdı. Bunun səbəbi o idi ki, cəmiyyət onları həzm edə bilmirdi. Cəmiyyət müəyyən dəyərlərə üz tutmuşdu və buna görə də «Nəhcül-bəlağə»nin yalnız həmin barədəki xütbələri yayılmışdı. Bəlkə, həmin şərait yüz il də davam etsəydi, heç kəs həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı ictimai-siyasi göstərişlər xəzinəsi olan fərmanını oxumazdı. Niyə və nə üçün? Çünki cəmiyyətdə həmin əhval-ruhiyyə yox idi. Məsələn, həzrət Əli (ə)-ın belə bir sözü var:

«Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadan öz haqqını tələb etmək mərhələsinə çatmayan heç bir ümmət, müqəddəsləşməz.»

Əlli il bundan qabaqkı cəmiyyət bir və ya iki dəyərə meyl göstərərək həmin istiqamətdə addımladığı üçün bu sözün qiymət və dəyərini dərk edə bilmirdi. Amma Əlinin sözlərində bütün insani dəyərlər mövcuddur və həmin dəyərlər onun həyat tarixi və şəxsiyyətində də mövcud olub.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin