Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 7,65 Mb.
səhifə35/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   31   32   33   34   35   36   37   38   ...   182

ƏQLDƏN ŞİKAYƏT


Bizim ədəbiyyatımızda gözə çarpan məsələlərdən biri də əqldən şikayət məsələsidir. Biz, ədəbiyyatamızda, xüsusilə şe᾽rimizdə xalqın «Ey kaş ağlım olmayaydı, cəmiyyətdə ağıllı, oyaq və sayıq olmağın adama nə faydası var?» kimi şikayəti ilə rastlaşırıq. Onlar, ağılın insanın asayiş və rifahını pozmasından gileylənirlər.

Bə᾽ziləri öz şe᾽rlərində belə deyirlər:

Məzmunu:
Mənim ağıl və huşum canımın düşmənidir,

Kaş göz və qulağım açıq olmayaydı!
Digəri isə belə deyir:

Məzmunu:
Ağllı olub dəlilərin dərdini çəkincə,



Dəli ol ağıllılar sənin dərdini çəksinlər.
Bu qism adamlar dəliliklə birgə olan rifah və asayişi ağıl, fikir və dərrakə ilə olan narahatçılıqlardan üstün hesab edirlər. Amma bütün bunlar səhv fikirlərdir. İnsanlıq məqamına çatan və dərdli olmağın dəyərini başa düşərək dərk edən insan heç vaxt «ağıl və huş mənim canımın düşmənidir» deməz. Bunun yerinə Peyğəmbər (s)-in bu sözlərini deyər: «Hər bir şəxsin həqiqi dostu onun ağlı, həqiqi düşməni isə cahillik nadanlığıdır

«Ağıl və huşum mənim canımın düşmənidir» deyən və əqli huşdan yaranan narahatçılıqdan şikayətlənən şəxs, cahillik və nadanlıqdan yaranan narahatçılıq və bədbəxtçilikdən xəbərsizdir. Çünki o, bunların hər ikisindən xəbərdar olsaydı və onların hər ikisini hiss etsəydi belə sözlər danışmazdı. Bəli, əgər dərdə səbəb olan bir şey olmasaydı və insan dərdsiz qalmalı olsaydı, dərd yaradan amil olmadığı üçün dərdsizlik üstün sayılardı. Amma dərd və ağrıya səbəb olan amil və onun mənşəyi varsa, insanın ondan yaranan ağrını hiss etməməsi bədbəxtlik və faciədir. Məsələ cismi xəstəliklərdə də belədir. Buna görə də cismi xəstəliklərin ağrı verməməsi öldürücüdür. Çünki insan o vaxt xəbər tutur ki, iş-işdən keçir. Xərçəng xəstəliyinin öldürücü olmasının səbəblərindən biri onun əvvəldə heç bir ağrı verməməsidir. Əgər bu xəstəlik əvvəlcədən ağrı versə, bəlkə də qarşısının alınması üçün hansısa işlər görmək olar. O, məsələn qana sirayət etməmişdən qabaq aradan aparıla bilər. Xərçəngin əsas təhlükəsi, onun xəbərsiz, yə᾽ni ağrısız olmasıdır.

Buna görə də «dərd və ağrı pis şeydir» deməklə, insani dəyərlərin dərdlilik olması fikrini rədd etmək olmaz.


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin