Yəqin ki, bizim irfanda bu barədə necə misalların çəkildiyini görübsünüz. Bə᾽zən insanı Hindistan meşələrindən gətirilərək qəfəsə salınan və həmişə, narahat halda qəfəsi sındıraraq əvvəlki yerinə qayıtmaq barəsində düşünən tutuquşuna, bə᾽zən də öz yuvasından uzaq düşmüş quşa oxşadırlar. Ən ali və gözəl misallardan biri Mövlananın «Məsnəvi»nin əvvəlində gətirdiyi təmsildir. O, insanı qamışlıqdan kəsilmiş və həmişə nalə və fəryad çəkərək bu ayrılıqdan şikayətlənən ney və tütəyə bənzədir.