Ta be quyəm şərhe dərde iştiyaq. Sonra belə deyir:
Do dəhan darim quya həmçuni
Yek dəhan pinhan əst dər ləbhayi vey Mövlana bə᾽zən də başqa cür bənzətmə və təşbeh edir:
Pil bayəd ta ço xosbəd ustan
Xab binəd xotteye hindustan
Xər nəbinəd hiç hindustan be xab
Xər ze hindustan nə kərde əst iğterab. Deyirlər ki, Hindistandan gətirilmiş filin həmişə başına vurmaq lazımdır, çünki belə etməsələr onun yadına Hindistan düşər. Mövlana deyir ki, Hindistan yalnız filin yuxusuna girir, çünki o Hindistandan gəlib. Uzunqulaq heç vaxt Hindistanı yuxuda görmür, çünki o, Hindistandan gətirilməyib və o, burada qərib deyil. Məqsədi budur ki, insanın başqa aləmə qayıtmaq, haqqa və Allaha doğru getmək, münacat və vüsal dərdi var.