Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 7,65 Mb.
səhifə40/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   36   37   38   39   40   41   42   43   ...   182

MöVLANANIN TƏMSİLİ


Mövlana «Məsnəvi»də əslində təmsil olan bir hekayət nəql edib. Deyir ki, bir kişi həmişə öz Allahı ilə raz-niyaz edərək Allah-Allah deyirmiş. Bir dəfə şeytan zahir olaraq onu vəsvəsəyə salıb elə bir iş görür ki, həmin şəxs həmişəlik olaraq susur. Şeytan ona belə deyir: Ey kişi, sən ki, bu qədər Allah-Allah deyərək səhər axşam nalə və yanğı ilə Onu çağırırsan, heç bir dəfə ləbbeyk (bəli) cavabı eşitmisənmi? Şeytanın bu sözü kişinin ağlına batır, susaraq bir də Allah-Allah səslənmir. Bir dəfə yuxuda qeybdən gələn bir səs ona deyir: Nə üçün Allahla münacatını tərk etdin? Kişi cavab verir: Mən nə qədər münacat etdim və Allaha yalvardımsa bir dəfə belə, ləbbeyk cavabı eşitmədim. Qeybdən gələn səs yuxuda ona belə deyir: Mənə əmr edilib ki, sənə Allah tərəfindən cavab verim o, budur ki, sənin Allah-Allah deməyin bizim ləbbeyk deməyimizdir.

Sən, bizim sənin qəlbində yaratdığımız dərd və şövqin, məhəbbət və aşiqlərin ləbbeykimiz olduğunu bilmirsən.

Nə üçün Əli (ə) Kumeyl duasında belə deyir: «İlahi! Mənim dua etmələrimin qarşısının alınmasına ( dua münacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla

Buna görə də deyirlər ki, dua həm arzu və məqsəd və həm də vasitədir. Yə᾽ni dua, həmişə icabət edilərək cavab verilməsi üçün deyil, onun icabət edilməməsinin özü də icabətdir. Məqsəd duanın edilməsidir.


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin