«Allaha and olsun ki, başıma gələn mənim bəyənmədiyim şey deyil, xeyir! Allah yolunda şəhid olmaq həmişə mənim arzum olub; mənə ibadət halında şəhid olmaqdan daha yaxşı nə ola bilər.» Sonra ərəblər arasında çox məşhur olan bir misalı çəkir. Ərəblər səhralarda köçəri həyat sürdükləri üçün su və ot olan yerlərdə otraq salardılar. Həmin yerin su və otu qurtarmayınca ordan köçməzdilər. Su və ot qurtardıqdan sonra isə başqa yerdə su və ot tapıb ora köçərdilər. Gündüzlər hava çox isti olduğu üçün onlar bə᾽zən su olan yer tapmaq üçün gecələr axtarışa çıxardılar. Gecə su dalınca gedən şəxsə «qarib» deyirdilər. İndi Əli (ə) camaatı başa salmaq üçün belə deyir: «Ey camaat! Gecə vaxtı su axtaran və birdən su tapan adam necə sevinər? Mən zülmətli bir gecədə su tapan və öz mə᾽şuquna çatan aşiq kimiyəm.»
Vandər an nimeye şəb abe həyatəm dadənd
Çe mübarək səhəri budo çe fərxonde şəbi
On şəbe qədre ke in tazə bəratəm dadənd
Bu beyt «Kə᾽bənin Rəbbinə and olsun ki, muradıma nail oldum» cümləsinin mə᾽nasını tərənnüm etdirir. «Məni qüssədən qurtardılar» həmin mə᾽nadadır. Həzrət Əli (ə)-ın ən təlatümlü və hərarətli sözləri həmin 45 saatda deyilib. O, Ramazanın 19-cu günü, dan yerinin sökülməsinin ilkin vaxtlarında zərbətləndi və 21-ci gecəsi, gecə yarı müqəddəs ruhu asimana pərvaz etdi.
Əli (ə)-ın ömrünün son anlarında hamı onun yatağı ətrafında toplaşmaşdı. Zəhər mübarək bədəninə çox tə᾽sir etmişdi və buna görə də, bə᾽zən özündən gedir, bihuş olurdu. Amma huşa gələn kimi yenə də dilindən dürr, hikmət, nəsihət və moizə tökülürdü. Onun son bəyanı iyirmi maddədə bəyan etdiyi hərarətli və şövqlü moizə idi. O, həmin moizədə əvvəl Həsən və Hüseynə, sonra isə digər ailə üzvlərinə xitab edib. Həsənim, Hüseynim! Ey bütün övladlarım və qiyamətə kimi sözüm onlara çatacaq insanlar, sizinləyəm! (Yə᾽ni Əli (ə) bizə və sizə də xitab edib). O, bu kəlmələrdə islamın hərtərəfliliyini bəyan edib. Sizə yetimləri, bir daha yetimləri tapşırıram! Sizə Allahın kitabını, Qur᾽anı tapşırıram! Sizə qonşularınızı, bir daha qonşularınızı tövsiyə edirəm! Rəbbinizin evi barəsində Allahdan, Allahdan qorxun, namazınız....»
Fikrində olan mətləbləri dedikdən sonra gözlər Əlinin dodaqlarına dikilir, onun halının dəyişdiyi və müqəddəs alnının tərlədiyi müşahidə olunur. Əlinin gözləri ətrafındakılardan üzüldü. Göz və qulaqlar bir daha nə demək istədiyini bilmək üçün o həzrətin dodaqlarına dikilmişdi. Bir də gördülər ki, Əli (ə)-ın «Əşhədu ənla ilahə illəllah və Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu» səsi ucaldı.
Dostları ilə paylaş: |