Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 7,65 Mb.
səhifə74/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   70   71   72   73   74   75   76   77   ...   182

ƏLİ (Ə)-IN GİZLİ DƏFNİ


Biz bura nə üçün yığılmışıq? Kamil bir insanın əzasına! Əli (ə)-ı gecə basdırıblar, nə üçün? Çünki onun fövqəladə dost və vurğunları olduğu kimi, fövqəladə düşmənləri də olub. Əli (ə)-ın cazibə və dafiəsi kitabında dediyimiz kimi, bu cür insanların həm fövqəladə cazibələri və həm də güclü dəf etmə qüvvələri vardır. Bu insanların səmimiyyətin son həddində olan elə dostları olur ki, onlar üçün canlarından keçmək heç bir şeydir. Həmçinin onların misilsiz qaniçən düşmənləri, xüsusilə üzdəniraq müqəddəslər və həqiqətən iman və e᾽tiqadları olan, amma nadanlıqda giriftar olan Xəvaric kimi daxili düşmənləri olur. Əli (ə)-ın özü Xəvaric barəsində buyurub ki, onlar mö᾽min, amma nadandırlar. O həzrət, Xəvarici Müaviyənin tərəfdarları ilə müqayisə edərək buyurub: «Məndən sonra xəvarici öldürməyin, onlar Müaviyənin adamlarından fərqlidirlər, onlar haqqı istəyirlər, amma axmaqdırlar, səhv ediblər, lakin o birilər (Müaviyənin adamları) haqqı tanıyaraq dərk edir bilə-bilə onunla mübarizə aparırlar

Əli (ə)-ı o qədər dostunun olmasına baxmayaraq nə üçün gecə basdırıblar? Xəvaricin qorxusundan! Çünki onlar deyirdilər ki, Əli müsəlman deyil və bu qorxu var idi ki, gecə gedib o həzrətin qəbrini qazıb cənazəsini çıxaralar.

İmam Sadiq (ə)-ın həyatının sonuna, yə᾽ni təqribən yüz ilə kimi imamlar və onların yaxın və xüsusi adamlarından başqa heç kəs Əli (ə)-ın qəbrinin harada olmasını bilməyib.

Ramazan ayının 21-ci günü sübh çağı imam Hüseyn (ə) bir cənazə hazırlayaraq bir qrupa verdi ki, onu Mədinəyə aparsınlar və camaat Əlinin Mədinəyə aparılaraq orada dəfn edildiyini fikirləşsinlər. Yalnız Əli (ə)-ın övladları və bir qrup xüsusi şiə onun dəfn yerinin harada olduğunu bilirdilər. Həmin gecə xüsusi şiələrdən bir qrupu Əli (ə)-ın dəfnində iştirak etmişdi və onlar, Kufə yaxınlığında olan bir yerdə Əli (ə)-ın qəbrinin ziyarətinə gedirdilər. İmam Sadiq (ə)-ın dövründə xəvaricin kökü kəsildikdən və həmin qorxu aradan getdikdən sonra o həzrət Əlqəmə duasını nəql etmiş Sifvan adlı bir şəxsə göstəriş verdi ki, həmin yerdə bir əlamət və kölgəlik düzəltsin. Bundan sonra hamı Əli (ə)-ın qəbrinin orada olmasını başa düşdü və ora ziyarətə getməyə başladılar.

O həzrətin cənazəsini basdırmağa onun övladları və xüsusi şiələrdən olan bir neçə nəfər getmişdi. Həmin neçə nəfərdən biri Sə᾽səə ibni Sohan adlı bir kişi olub. Bu şəxs Əmirəl-mö᾽mininin saf və pak qəlbli dostlarından və eyni zamanda söz ustası və xətib olub. O, Əli (ə)-ın hüzurunda da xütbələr oxuyub. Əmirəl-mö᾽minin (ə)-ı dəfn etdikdən sonra hamıda fövqəladə hüzn, hiddət və qəzəb yaranmışdı, hamı hiddətdən boğulur və ağlayırdı. Ürəyi bərk sıxıntıda olan Sə᾽səə birdən Əli (ə)-ın qəbrinin torpağından bir ovuc götürüb başına tökür və əlini ürəyinin üstünə qoyub o həzrətlə danışmağa başlayır. «Salam olsun sənə ey Əmirəl-minin! Sən qədər xoşbəxt yaşadın qədər xoşbəxt dünyadan getdin! Sənin təvəllüdün Allah evində oldu, Allah evində şəhid oldun. (Allah evindən Allah evinə kimi!) Əli can! Sən qədər böyük idin bu camaat qədər kiçik idi. Allaha and olsun ki, əgər camaat sənin dediklərini icra etsəydi, yer göydən nemətlər qaynayar, onlar maddi nəvi nemətlərdə qərq olardılar. Amma əfsus ki, camaat sənin qədrini bilmədi sənin ali göstərişlərinə tabe olmaq əvəzinə sənə qan uddurdular, axırda da səni bu vəziyyətdə yarılmış başla qəbrə göndərdilər


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin