«Onların ürəyində nifaq və həsəd mərəzi var...» (Bəqərə-10).
Qur᾽an onların, məsələn gözlərində xəstəlik olmasını demir. Qur᾽anın dediyi ürək və qəlb, müalicəsi üçün ürək həkiminə müraciət edilməsi lazım olan ürək deyil. Bu müqəddəs kitabdakı ürəkdən məqsəd ruhdur. Allah-taala Qur᾽an barəsində belə buyurub:
«Biz, Qur᾽andan mö᾽minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...» (İsra-82).
Qur᾽an mö᾽minlər üçün şəfadır. Həzrət Əli (ə) buyurub: «Bəla və çətinliklərin biri yoxsulluqdur. Yoxsulluqdan daha pis bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də pis və çətin insanın qəlb və ürəyinin xəstəliyidir.»
Qur᾽anın əsas proqramlarından biri sağlam insan yetişdirməkdir. Biz kamil insan olmaq və ya ona yaxınlaşmağımızdan əvvəl özümüzün «sağlam və ya nöqsanlı» insan olmağımızı müəyyənləşdirməliyik.
Dostları ilə paylaş: |