Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


İNSAN RUHUNUN ZİYAN VERİCİLƏRİ



Yüklə 7,65 Mb.
səhifə9/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   5   6   7   8   9   10   11   12   ...   182

İNSAN RUHUNUN ZİYAN VERİCİLƏRİ


İnsan ruhunu bədbəxtliklərə düçar edən şeylərin köklərini qısa da olsa açıqlamaq istəyirəm. Psixologiya elmi baxımından məhrumiyyət və nəsibsizlik ruhi xəstəliklərin mənşəyidir. Belə ki, insanın ruhi xəstəlik və narahatlıqlarının çoxu nəsibsizlik və uğursuzluqlardan nəş᾽ət tapır. Bildiyiniz kimi Fervid, hədsiz dərəcədə bu məsələyə, xüsusilə cinsi məsələlərə tə᾽kid edir. Hər halda insanın nəsibsizlik və məhrumiyyətlərinin onda bir çox xəstəliklər yaratması əsaslı məsələlərdən biridir. Kin-küdurət nədir? Bu elə bir hissdir ki, insan kimə qarşı kin bəsləsə, ondan intiqam almaq istəyir və onu qana bulaşdırmayınca sakitləşmir. İnsanda olan bu intiqam hissi nədir?

Həsəd hissi keçirən insan başqalarının ne᾽mət və rifahda yaşamalarını gördükdə yeganə arzusu həmin ne᾽mətlərin, sahiblərinin əllərindən çıxması olur, o, özü barəsində fikirləşmir. Sağlam insanda həsəd və paxıllıq hissi deyil, qibtə olur. Qibtə edən şəxs həmişə özü barəsində fikirləşərək qabaqcıl olmasını istəyir. Əgər şəxs özünün qabaqcıl olmasını istəsə və bu barədə fikirləşsə o, sağlam insandır. Bu, eyb və nöqsan sayılmır. Amma həmişə, başqalarının geridə qalması barəsində fikirləşən şəxs xəstədir. Paxıl insanlar hətta elə bir dərəcəyə çatırlar ki, özlərinə yüz dərəcə ziyan dəymək bahasına olsa da, başqalarına əlli dərəcə ziyan yetirmək fikrində olurlar.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin